Dedi-qodu və qeybət münasibətləri gücləndirirmiş
“Günlük danışıqlarımızın 14%-i dedi-qodudur”.
Bu sözləri psixoterapevt Onur Okan Demirci deyib.
Sehiyye.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, psixoterapevt “qadınlar kişilərdən daha çox qeybət edir” deyiminin yanlış olduğunu da deyib.
Qeybət edən insanları gördüyümüz zaman və ya bizim haqqımızda danışıldığını eşitdiyimiz zaman çox vaxt əsəbiləşirik. Belə hallarda qeybət edən şəxslərin yanlış hərəkət etdiyini düşünsək də Onur Okan Demirci qeybət etməyin normal bir davranış olduğunu bildirib.
“Dedi-qodu dostlar arasındaki münasibəti gücləndirir”
Aparılan araşdırmalar nəticəsində dedi-qodu etməyin dostlar arasındaki münasibəti də gücləndirdiyini bildirən Demirci, dedi-qodu sinifinə daxil olan söhbətləri belə açıqladı:
“Misal olaraq, bir dostunuzun münasibəti haqqında danışmaqdan tutmuş, bir yaxınınızın sağlamlıq vəziyyəti haqqında danışmağa qədər hamısı dedi-qodu sayılır. Elmi dildə desək “O anda orda olmayan biri haqqında danışmağa dedi-qodu deyilir”. Düşünülənin əksinə biri haqqında mənfi dedi-qodu daha az yayılıb. “Bilirsiniz dünən onu kiminlə gördüm?” cümləsi əla bir dedi-qodu başlanğıcıdır. Amma davamında “Halal olsun, axır ki istədiyi kimi birini tapdı” deyirsinizsə bu müsbət dedi-qodu sayılır”.
“Qadınlar kişilərdən daha çox dedi-qodu edir”
“Elmdə qadınların kişilərdən daha çox qeybət etməsinə dair heç bir məlumat yoxdur. Belə sözlərin qadınlar haqqında deyilməsi onların daha çətin iş tapmasına, daha rahat işdən çıxarılmasına səbəb ola bilir. Hansısa bir dedi-qodunun yaranmasına səbəb kimi orada olan qadınlar günahlandırıla bilər. Buna görə də dedi-qoduya olan stereotip, dedi-qodunun özündən daha təhlükəli ola bilər”.365.az