İngiltərə Səhiyyə Naziri D.Trampa-"SAĞLIQ ticarət mövzusu deyil"dedi
ABŞ Prezidentı Donald Trampın İngiltərəyə ziyarəti zamanı sərbəst ticarət anlaşması müzakerəlerində İngilis sağlık sisteminin (NHS) masada olduğu yönündəki müzakirə İngilitərədə skandal yaratdı.
Səhiyyə.info xarici mətbuata istinadən xəbər verir ki,ABŞ Prezidenti D.Tramp İngiltərəyə 3 günlük rəsmi səfəri zamanı Baş Nazir Tereza Mayla birlikdə sərbəst ticarət anlaşmasında İngiltərənin Avropa Birliyindən ayrıldığını və ABŞ la Tibb və Sağlıq sisteminin də müzakirəsinin masada olub olmamasını soruşub.
Buna əsas isə ABŞ-nın Londondakı səfirinə İngilis mətbuatından verilən məlumat olmuşdur.Məlumatda qeyd olunmuşdur ki,İngiltərə sağlıq sistemi sərbəst ticarət,yəni dərman preparatları,avadanlıqlar və s.alışını sərbəst yapa bilər.
Lakin İngiltərə Səhiyyə Naziri Matt Hancock müzakirələrdə sərt çıxış edərək:-"Sağlıq sistemi ticarət mövzusu deyil və heç vaxt olmayacaq"deyib.
Müzakirələrdə ötən il İngiltərənin tibbi büdcəsinin 110 milyard funt sterlinq civarında olduğu qeyd edilir və bu rəqəm yaxın 5 ildə bir az da artacağı vurğulanıb.Bu büdcədən müəyyən ödəmələri isə ABŞ -dan alınan tibbi məhsullar təşkil edir.