3 saylı Şəhər Klinik Xəstəxanadan şikayətlər səngimir.
Ölkənin səhiyyə sistemi ilə bağlı tez-tez şikayətlər səslənir, tibbi xidmətlərin yetərli olmadığı deyilir.
Şikayətlər demək olar ki, ölkənin müxtəlif ərazilərində yerləşən tibb müəssisələrini əhatə edir. Hətta ölkənin paytaxtı – Bakıda da durum ürəkaçan deyil.
Vətəndaşların ən çox şikayətləndiyi tibb müəssisələrindən biri də xalq arasında "Sabunçu xəstəxanası” kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasıdır.
Burada Cərrahiyyə, Travmatologiya, Oftalmologiya, Lor, Fizioterapiya, Ginekologiya, Psixosomatika, İnfeksion, Urologiya, Doğum, Hemodializ, Terapiya, Nevrologiya, Uşaq, Reanimasiya, Kardiologiya, Dəri-zöhrəvi, Uşaq travmatologiyası, Qanköçürmə, Laboratoriya və s. sahələrə aid şöbələr fəaliyyyət göstərir.
Sehiyye.info xəbər verirki,son günlərdə sosial şəbəkələrdə,eləcə də Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən şəxslər,xəstələrinin həkimlər tərəfindən öldürüldüyünü qed edir.Başqa biri isə pulunun olmadığı ucbatından xəstəni müalicə edə bilməməsindən şikayətlidir.Bu isə, vəziyyətin kritik halda olduğundan xəbər verir.Lakin deyilənləri heç də hamısı həqiqəti əks etdirmir.Əslində bu,səhiyyə sistemində olan ümumi bəladır.Heç bir həkim 6 il oxuyub 200 manata işləmir.Sir deyil ki,bu gün normal yaşamaq üçün aylıq minimum 500-600 AZN lazımdır.Hamı dolanmaq istəyir,xəstəxanada çalışanlar da bizim vətəndaşlardır.Elı tibb bacısı var ki,evinə 5 manat aparanda sevinir.Təbii ki,dədə babalarımızdan qalan bir ənənə var:"Təbibi xalq dolandırar".
Aydın məsələdir ki,xəstənin adamları müayinə və müalicə üçün müəyyən qədər pul ödəməli olurlar.Amma həkimlər haqqında deyilir ki,"HƏKİM XƏSTƏNİ ÖLDÜRDÜ",bu fikir bir az kobud səslənir.Heç bir həkim istəməz ki,xəstəsi ölsün,və ya onun haqqında desinlər ki,savadsız həkimdir.Sadəcə bizim xalqın belə bir xüsusiyyəti var,hər hansı bir halda kimisə müqəssir çıxarmaq.Yüzlərlə həkim adı çəkmək olar ki,imkansız xəstələrə öz cibindən dərman alıb,pulsuz müalicə edib.Onlar haqqında xoş söz deyən varmı ?Elə həmin adı çəkilən xəstəxanada baş həkim yüzlərlə xəstənin müalicəsi üçün müəyyən tapşırıqlar verib.Müxtəlif dərmanların alınmasına pul ayrılıb.
Sığorta sisteminin həyata keçməsinə az bir müddət qalır.Ümid edirik ki,bütün bu məsələlər öz həllini tapacaq .
Elmira Səlimova.