sehiyye.info

Türkiyəli alim: səhiyyə sahəsində Azərbaycanla səmərəli əməkdaşlıqdan qürur duyuruq

Türkiyəli alim: səhiyyə sahəsində Azərbaycanla səmərəli əməkdaşlıqdan qürur duyuruq
Azərbaycan hər il Türkiyədə təşkil olunan EndoBridge (Endokrinoloqlar arasında körpü) beynəlxalq illik konfranslarda böyük heyətlə təmsil olunur. Bütün sahələrdə olduğu kimi səhiyyədə də Azərbaycanla səmərəli əməkdaşlıqdan qürur duyuruq.

Sehiyye.info xəbər verir ki,bu fikri AZƏRTAC-a açıqlamasında EndoBridge konfransının təsisçisi, professor Okan Bülent Yıldız ifadə edib. Antalyada keçirilən builki EndoBridge VII beynəlxalq konfransın nəticələrini yüksək dəyərləndirən professor O.Yıldız qeyd edib ki, endikrinologiya - daxili sekresiya vəzlərinin (hormon ifraz edən orqanlar) müayinəsi və müalicəsi, bu xəstəliyin səbəblərinin öyrənilməsi bu tədbirin gündəliyində duran ən aktual məsələ olub. Məruzə və təqdimatlar bir neçə dilə tərcümə olunub. Məqsəd endikrinologiya yeniliklərinə dair təcrübəni genişləndirməkdir.

Qeyd edək ki, VIII EndoBridge beynəlxalq konfransı 2020-ci il oktyabrın 22-25-də Antalyada keçiriləcək.



REKLAM