Stressi müalicənin pulsuz və sürətli yolu
Təbiətdə 20 dəqiqəlik gəzinti qanda kortizola stress hormonu səviyyəsini xeyli aşağı salır. Bunu Miçiqan universitetinin alimləri kəşf ediblər.
“Biz hamımız bilirik ki, təbiətlə ünsiyyət stressi azaldır. Ancaq indiyədək nə qədər və təmiz havada gəzməyin tez-tez lazım olub-olmadığı məlum deyil”,
Sehiyye.info xarici mətbuata istinadən verdyi xəbərə görə, araşdırmaçı Meri Karop Hanter söyləyib.
Hanterin sözlərinə görə, kartizolun səviyyəsinin azaldılması üçün daha effektli vaxt 20 dəqiqədən 30 dəqiqəyə qədərdir. O, məsləhət görür ki, oturmaq və ya gəzişmək təbiətin qoxusunu almağa kömək edir. Lakin bu zaman oxumaq və danışmaq olmaz.
Alimlər bunun faydalı təcrübə olduğunu təsdiqləyiblər. Araşdırma iştirakçılarına 8 həftə ərzində təmiz havada həftədə 3 dəfə və ən azı 10 dəqiqə gəzişməyi təklif ediblər. Alimlər gəzintidən sonra tüpürcək nümunələri üzrə kortizolun səviyyəsini ölçüblər. Təhlil göstərib ki, zənglərə cavab verməyib, sosial şəbəkələrə daxil olmayan və başını digər məşğuliyyətə qatmayaraq ən azı 20 dəqiqə gəzişənlərdə stress hormonu kifayət qədər aşağı düşüb. Bu zaman yaş fərqi, insanların cinsi və emosional vəziyyətləri də nəzərə alınıb.
Hanterin sözlərinə görə, urbanizasiya şəraitində və təbiətlə ünsiyyətdə oturaq həyat tərzi stressə qarşı mübarizə üçün çox əla və pulsuz vasitə ola bilər.