sehiyye.info

Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır - FOTO

Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır - FOTO
Şamaxıda ana üç aylıq uşağını zəhərləyib.

Sehiyye.info xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə butulkada olan kerosin (neft) verib.

Ana səhvini anlayıb və körpə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:

“Biz problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edirik”



REKLAM