Şamaxıda azyaşlı uşaqların üstünə qaynar su töküldü
Şamaxıda iki azyaşlı uşaq ağır yanıq xəstələri ilə xəstəxanaya yerləşdirilib.
Sehiye.info Oxu.Aza istinadən xəbər verir ki, xəbərinə görə,hadisə bu gün axşam saatlarında rayonun Niyazi Nəcəfov küçəsi 12- də qeydə alınıb.
Şamaxı şəhər sakini 2013- cü il təvəllüdlü Hətəmov Hafiz Cavanşir oğlu və onun qohumu 2007-ci il təvəllüdlü Həsənova Əsbət Əsgər qızı evdə oynayarkən sobanın üzərində qaynayan çaydan onların üzərinə aşıb.
Hər iki uşaq Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, hər iki xəstənin vəziyyəti orta ağırdır. Onlara II - III dərəcələri termiki yanıq diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.