Ötən il ölkəmizdə 123 mindən çox xəstə müalicə ocaqlarına üz tutub
Ötən il ərzində ölkəmizdə 123, 6 min nəfər xəstələnib. Onlardan 67,3 min nəfəri tənəffüs sistemi xəstəlikləri ilə əlaqədar müalicə alıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ən çox müraciət olunan xəstəliklər sırasında sinir sistemi və hissiyyat orqanlarının xəstəlikləri də aparıcı yer tutub. Həkimə müraciət edənlərin 16, 4 min nəfəri məhz həmin səbəblə əlaqədar olub.
İl ərzində 6,5 min nəfər həzm sistemi, 5,2 min nəfər yoluxucu və parazitar xəstəliklərlə əlaqədar şəfa ocaqlarına üz tutub. Xəstələrin qalan hissəsi digər xəstəliklərdən müalicə alıb.Azərtac