sehiyye.info

Ölkəmizdə 32,5 minə yaxın həkim əhalinin sağlamlığı keşiyində dayanır

Ölkəmizdə 32,5 minə yaxın həkim əhalinin sağlamlığı keşiyində dayanır
Hazırda ölkəmizin tibb müəssisələrində 32 min 489 nəfər ali təhsilli həkim çalışır.

Sehiyye.info xəbər verir ki,Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onların arasında sayca ən çox terapevtlərdir. Belə ki, 7 min 951 nəfər terapevt əhalinin sağlamlığı keşiyində dayanıb.

Həkim kadrların 3 min 577 nəfərini pediatrlar, 3 min 362 nəfərini cərrahlar, 3 mindən çoxunu stomatoloq-dentistlər təşkil edir. Sonrakı yerlərdə şüa-diaqnostika üzrə olan həkimlər, ginekoloqlar, nevropatoloqlar, gigiyena-epidemioloqlar və oftalmoloqlar gəlir. Sağlamlıq keşikçilərinin 508 nəfəri otolarinqoloq, 510 nəfəri dermato-veneroloq, 321 nəfəri psixiator, 248 nəfəri fitiziator, 101 nəfəri idman-müalicə həkimi, 72 nəfəri narkoloqdur. Həkimlərin 6 min 776 nəfəri digər ixtisas sahibləridir.



REKLAM