sehiyye.info

Səhiyyə Nazirliyi ötən il 21 aptekdə yoxlama nəzarəti aparıb

Səhiyyə Nazirliyi ötən il 21 aptekdə yoxlama nəzarəti aparıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri ilə iş şöbəsi tərəfindən ötən il ərzində 21 aptekdə yoxlama nəzarəti aparmaq məqsədi ilə başçəkmələr həyata keçirilib.

Bunu Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildiriliblər.

Mərkəzdən qeyd edilib ki, başçəkmələr hüquqi və fiziki şəxslərdən, həmçinin dövlət orqanlarından daxil olmuş məktublar əsasında aparılıb.

Ötən ilin yalnız ikinci yarımili ərzində bu məqsədlə 7 aptekdə başçəkmələr həyata keçirilib.

Həmçinin şöbənin müfəttişləri Dövlət Təhlükəsizliyi Xidmətinin, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Bakı Şəhər Prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının bir neçə əczaçılıq müəssisəsində keçirdiyi yoxlamalarda mütəxəssis kimi iştirak ediblər.



REKLAM