Azərbaycanda su bioehtiyatlarının qida təhlükəsizliyi üzərində nəzarəti gücləndirmək planlaşdırılır
Azərbaycanda balıq və digər su bioehtiyatlarının qida təhlükəsizliyi üzərində nəzarəti gücləndirmək planlaşdırılır.
Sehiyye.infoxəbər verir ki,Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramının təqdimatı zamanı deyib.
Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə əməkdaşlıq edəcək.