Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Yaponiyada sertifikat alıb
Tokioda Yaponiyanın Dərman vasitələri və Tibbi Cihazlar üzrə Agentliyinin və Dərman vasitələri və Tibbi Cihazların Tənzimlənməsi Məsələləri üzrə Asiya Treninq Mərkəzinin təşkilatçılığı ilə farmakonəzarət üzrə treninq təşkil olunub. Farmakonəzarət mərkəzləri və milli tənzimləyici agentliklər üçün təşkil edilən həmin tədbirdə Analitik Ekspertiza Mərkəzi farmakonəzarət sektorunun mütəxəssisi Xalisə Əkbərova iştirak edib.
Sehiyye/info bildirir ki?Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən treninqlər zamanı Avropa İttifaqının, ABŞ və Yaponiyanın farmakonəzarət sahəsində tənzimləyici fəaliyyətinin xüsusiyyətləri və fərqləri, pasiyentlər üçün dərman vasitələrinin istifadəsi üzrə təlimat, farmakonəzarət planları, risk idarəetmə planı, farmakoepidemioloqiyanın farmakonəzarətdə istifadə edilməsi, dərman vasitələrinin risklərinin və faydalarının qiymətləndirilməsi, risklərin minimuma endirilməsi qərarları, pasiyentlər və səhiyyə mütəxəssisləri ilə kommunikasiya üsulları müzakirə olunub.
Treninq zamanı dərman vasitələrinin riskinin müəyyən edilməsi və risklərin idarəedilməsi planının hazırlanması və riskin minimuma endirilməsi praktiki qrup təlimləri keçirilib və iştirakçılara Yaponiyanın Dərman vasitələri və Tibbi Cihazlar üzrə Agentliyinin sertifikatları verilib.