sehiyye.info

Avqustun 30-da Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Avqustun 30-da Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
Avqustun 30-da Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşlarla görüşəcəklər.

Sehiyye.info bildirir ki, Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini Şəki Mərkəzi Rayon Xəstəxanasında, Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.



REKLAM