sehiyye.info

Səhiyyə naziri Kürdəmirdə vətəndaşlarla görüşüb

Səhiyyə naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 6-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Hacıqabul, Ağsu, Zərdab, Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edib. Qəbul zamanı 20 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.



REKLAM