Səhiyyə nazirinin müavinlərinin vətəndaşları qəbul cədvəlinə dəyişiklik edilib
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Zaqatala və Balakən rayon sakinlərini əvvəlcədən elan edildiyi kimi avqustun 30-da deyil, sentyabrın 6-da qəbul edəcək. Nazir müavini Rahim Əliyev isə Şəki və Qax rayon sakinlərini sentyabrın 13-də qəbul edəcək.
Sehiyye.info xəbər verir ki,bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və rəyləri dinləniləcək, lazımi tədbirlər görüləcək.