Səhiyyə nazirinin müavini: "Qan tədarükü 2005-ci ilə qədər 10 tona yaxın idisə, ötən il 44 ton oldu"
"Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi. Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Qan tədarükü 2005-ci ilə qədər 10 tona yaxın idisə, 2018-ci ildə bu, 44 ton oldu".
Sehiyye.info xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, Mehriban Əliyevanın çağırışına cəmiyyət qoşulub, töhfəsini verir: "Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir. İnsanlar təmənnasız qanvermə aksiyasına qoşulurlar. Bu, humanist addımdır".Report.az