sehiyye.info

Bu tibb müəssisələri bağlanıb, 31 min çarpayı ləğv edilib

Bu tibb müəssisələri bağlanıb, 31 min çarpayı ləğv edilib
Səhiyyənin struktur və şəbəkə göstəricilərində çox ciddi dəyişikliklər həyata keçirilib. Son 15 il ərzində bir-birini təkrarlayan stasionar tibb müəssisələrinin 40 faizi bağlanıb.

Sehiyye.info APA-ya istinadənxəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, Sovet dövründən qalan çarpayı fondundakı 70 min çarpayıdan 30 600-ü ixtisar olunub:

“Səhiyyə sahəsində islahatlar davam edir. İcbari tibbi sığortanın tətbiqi ərəfəsində də islahatlar davam etdiriləcək. Lazım olmayan tibbi müəssisələrin forması dəyişdiriləcək və yaxud da onlar bağlanacaq”.



REKLAM