sehiyye.info

Taxta bazarındakı yanğında son durum: 22 texnika cəlb olunub, 6 nəfər xəsarət alıb

Taxta bazarındakı yanğında son durum: 22 texnika cəlb olunub, 6 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın barədə növbəti məlumat yayıb.
Arasdırma.info bildirilir ki, avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

İki yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın zamanı 6 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar nazirliyinin əməkdaşıdır: "Xəsarət alanlardan 3 FHN əməkdaşına yerində ilkin tibbi yardım göstərilib. 2 nəfər FHN əməkdaşı, 1 nəfər isə adi vətəndaş xəstəxanaya yerləşdirilib".Yenisabah.az



REKLAM