sehiyye.info

ATU həkimlərinin növbəti uğuru: Anası ilə qan uyğunsuzluğu olan uşaq sağ qaldı

ATU həkimlərinin növbəti uğuru: Anası ilə qan uyğunsuzluğu olan uşaq sağ qaldı
ATU-nun Tədris Cərrahiyyə Klinikasında çox çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb. Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı deyir ki, bətn daxilində ana və uşağın rezus uyğunsuzluğunun çox ağır forması aşkarlanıb. Bu səbəbdən dölə, ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Lakin buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbilə döl təcili olaraq xaric edilib.



Diaqnoz ana və uşaqda Rh uyğunsuzluğu, Hidrops fetalis, Anemiya, Assit, Ağır trombositopeniya və Böyrək çatışmazlığıdır. Hemoglobin 7q/dl - doğulan zaman qan transfuziyası olunub, parasentezlə qarın boşluğundan 450ml maye xaric edilib, böyrək çatışmazlığının müvafiq müalicə planı tərtib olunub.



Neonatoloqlar hesab edirlər ki, bu diaqnozla körpənin ana bətnində 34 həftəyə qədər yaşaması birmənalı olaraq ginekoloqun apardığı lazımi tədbirlərin nəticəsidir. Əgər ginekoloq tərəfindən ana bətnində dölə qan transfuziyası olunmasaydı, uşaq dünyaya sağ gəlməzdi. Bu, ginekologiyanın uğurudur.



Ailə evinə sağlam körpə ilə yola salınıb.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



REKLAM