"Uşaqların 80 faizi doğuş zamanı travma alır" - SENSASİON ARAŞDIRMA
Professor, həkim nevroloq Aleksandr Ratner Kazan uşaq nevrologiya məktəbinin banisi hesab olunur. Kazanda sağlam uşaqların sayının artmasında əvəzsiz rolu olan, xüsusi Kazan doğuş metodikasını tətbiq edən həkimə dünya şöhrətini tibb elmində açdığı yeni xətt gətirib.
Sehiyye.info xəbər verir ki, Ratner sübut edib ki, doğuş zamanı əksər uşaqların sinir sistemi zədələnir, bu da gələcəkdə xəstəliklərin əsasını qoyur. Düzgün aparılmayan və xüsusi texnikası olmayan doğuş zamanı nəinki uşağın baş-beyni, həmçinin onurğa beyni də travma alır.
Ratnerin təşəbbüsü ilə doğuma icazə və buraxılış qaydaları, eləcə də doğuş zamanı uşaqların beyin və onurğasının travma almasının qarşısını alan tədbirlər, yeni metodlar Kazanda yenidoğulmuşlarda nevroloji problemləri 4 dəfə azaldıb. (bakupost)