sehiyye.info

Evdar qadınlar yox, daha qayğıkeş, daha zəhmətkeş qadınlar

Evdar qadınlar yox, daha qayğıkeş, daha zəhmətkeş qadınlar
Qadınların bu kateqoriyasına evdar qadınlar: incələsək, ev , məişət, ailə -ər qayğıları ilə günü başlayıb, günün sonunda əzgin, ayaqüstə mürgü vuran, saçları pırtlaşıq qadınlar. Axşam kosmetika ilə məşğul olmayacaq ki, əl-ayaqda hənirti kəsilən kimi, yorğan-döşəyə can atırlar ki, bir az dinclərini alsınlar, onu da ehtiyatla. Onsuz da düz-əməlli yuxuları olmur: balaca uşaqları varsa, arada qalxıb onlara su vermək var, "böyük balaca uşağ"ın yorğanını çəkmək var... və bir də görəcək ki, sübh şəfəqləri doğmaqdadır.Özü istəməsə də qanındakı, ruhundakı genindəki bioloji xassələr onu hövlank ayağa - posta qaldıracaq...
Beləcə, günlər davam edəcək... Hörmətli qadınlarımızı qızışdırmıram ha... Seriallardakı xoşbəxt qadınlardansa sizə, sizin aranızda olan əsl -nəcabətimdəki qadınlar üçün elə yaşadığınız qayğıları arzulayıram. Proletarlara münasibətinizi demirəm, deyəcəksiniz ki, öz həmcinslərini üstün tutdu, amma bir körpələriniz yatanda, meyvə yeyəndə, yuyunanda (amma öz xoşları ilə) kənardan fikir verin onların çəlimsiz vücudlarındakı məsumluğa. Hamısı sizing zəhmətinizdir. Onları ətə-qana Siz doldurursunuz, sinələrinə əlinizi çəkib ürəkləndirirsiniz, kürəklərinə toxunub kürəkləndirirsiniz...
Bu qayğıalrınız Sizi QADIN - ANA olaraq şərəfləndirir.Siz seriallardakı xanımçalardan 100 dəfələrlə şərəflisiniz. Elə bilirsiniz, proletar onlardan birini ala bilməz? Proletar olmağına baxmayın, onun aydın düşüncəsi, iti zəkası, fəhmi var.Proletar həyatı müşahidələrlə əmin olub ki, onlar , sadəcə, qadındır. Amma proletarlara onların ocağı üçün Ana lazımdır. Yağış hansısa bitkinin üstünə yağa bilər, külək yarpaqlarının bu küçədən 3-4 küçə o tərəfdəki küçəyə apara bilər, yağış suyu yerə hopub yerin hansısa qatında qərəarlaşa bilər...Amma proletariatın HALALI ancaq onun evində, qəlbində ola bilər. Fikir verin, Sizə alternative yoxdur, yoxdur... Kim edibsə, şeytana uyub, lənət şeytana...İndi çalışmaq lazımdır ki, ailə özəlliklərini birlikdə arzuladığınız hala gətirəsiniz, bəs necə?
Sehiyye.info Milli.Az-a istinadən bildirir ki, türk saytlarından birində bu mövzuda evli xanımlara verilən tövsiyələrə rast gəldim. Amma bu tövsiyələr amerikalı bir yazarın məqaləsindən götürüldüyü qeyd edilmişdi. Əlbəttə ki, ailə həyatı dünyanın müxtəlif yerlərində eyni ola bilməz.Hər xalqın özünəməxsus adət-ənənəsi, əxlaq tərzi var. Amma hamı üçün qəbul edilə bilən ümumi dəyərlər də var. Bu tövsiyələrə bəzi öz baxışlarımı da əlavə edib hörmətli oxucularımıza təqdim edirəm.

Deyingənlikdən əl çəkin!
Ümidsiz bir ev qadını kimi davranmağı buraxın. Bu fikri ağlınızdan atın. Yaşadığınız hər günə şükür edin...

Evdar qadını olmaqdan qürur duyun!
Dünyanın ən əhəmiyyətli işidir evdar qadınlıq. Sizin nəvzişlərinizə möhtac uşaqlar var, onların atası . Ailənizin karyerasında bunun əhəmiyyətli və vacib olduğunu unutmayın.

Heç də özünüzü hər zaman evdar qadını kimi göstərməyin!
Ola bilər ki, evdə olduğunuz üçün müəyyən bir paltarınız var, həmişə onu geyinirsiniz. Niyə daim onları geyinməlisiniz? Özünüzü hər zaman qadın kimi hiss etdirmək üçün ilk növbədə paltarlardan başlayın.
Vaxtlı-vaxtında yenilənin, sağlam yeyin. Asudə vaxtlarınızda, uşaqlar məktəbdə olarkən siz də evdə idman edin. Halsız olmamaq üçün vitamini heç əskik etməyin.

Ailənizlə bir yerdə olmağa səy edin!
Həyat yoldaşınızla uşaqlar və ev işləri səbəbindən uzun müddətdir birlikdə olmaya bilər. Bunları bəhanə kimi istifadə etməyin. Həyat yoldaşınıza diqqət və qayğı göstərin. Nə qədər səmimiyyət yarada bilsəniz, özəl həyatınız da canlanacaq və ailənin səadət dolu günləri davam edəcək.

Eviniz də hər zaman rahatlıq gətirəcək vəziyyətdə saxlayın!
Yeməyi, uşaqların arxasınca qaçmağı bəhanə edib, evin səliqə-sahmanına laqeyd qalmayın. Evinizi hər zaman təmiz saxlayın. Otaqları çiçək və kiçik dekorativ əşyalarla bəzəyinn. Evinizi daha cəlbedici hala gətirin.
Mətbəxdə yenilik edin!
Kişilərin ürəyinə yol mətbəxdən keçmir, belə sözlərə qımıldanmayın, "hmm" yazmayın. Kişilərin ürəyinə yol hissdən keçir. Qadınlar yemək bişirəndə vaxt tapıb balkondan qonşu ilə danışır, arada televizora da baxır, telefon da çiynindən düşmür. Kişi bu yeməkdən nə dad, nə doyumluq biləcək. Sırf olaraq əri, uşaqları beyninə, hisslərinizə canlandırıb soğan, kartof soysanız, o yemək daha vitaminli olacaq.
Süfrəyə yemək qoyanda özünüz də əyləşin. Ərinizlə ailəvi söhbət edin. Salatı belə çevirin, göyü bu tərəfə çəkin, söhbət edin, ərin yanından qaçmayın.

Dostlarınızı fikir verin!
Evdar qadınlıq ancaq uşağa baxmaq, ev işi və yemək aparmaq olmamalıdır. İndi zaman, mühit də aşınmalar o qədərdir ki, ərin müəyyən kaprizlərini doğru qəbul etməlisiniz. Elə vəziyyət yaradın ki, bunu həyat yoldaşınız etsin. Siz birlikdə vaxt keçirməyə, ailəli dostlarınıza qonaq getməyə və qonaq dəvət etməyə də layiqsiniz. Amma bunların həyat yoldaşınızın fikirləri üstün olmaqla edilməlidir.

Özünüz üçün vaxt ayırın!
Xoşbəxt bir ev qadını ola bilmənin bir yolu da eynilə iş xanımlarında olduğu kimi, evdar qadınların özlərinin səliqə-sahmanına vaxt ayırmasından keçir. O dəb,o stil göəldir ki, onu Siz soruşmasanız da həyat yoldaşınız qəbul edir. Deməli, həyat yoldaşınızın ürəyindən, beynindən keçənləri bilirsiniz.

Həyata bir dəfə gəlirsiniz. Yaşadığınız hər anın dadını çıxarın. Bu ləzzət seriallarda, şou verilişinə çıxarılan adamların nümunələrində deyil, sevən tərəflərin, başqa sözlə, ailə cütlüyünün ikisinin birlikdə qurub-yaratdığı xoşbəxtlik, səadət, məmnuqluq modelləri ilə qismət olmalııdr.



REKLAM