Tunellərdə avtomobilin pəncərəsini bağlamaq lazımdır.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,tunellərdə avtomobilin şüşələrini qaldırmaq lazımdır.Çünki,ən çox zəhərli qazlar tunellərdə yığılıb qalır.Onu da biz uduruq.Bundan sonra bütün günü baş gicəllənməsi,ürək bulanması,halsızlıq bizi narahat edir.
İngiltərə mətbuatının yazdığına görə uzun müddət tuneldə tıxacda qaldıqda təhlükəli zəhərlənmə halları qaçılmazdır.Mühərrikin yandırdığı yanacaqların tullantıları,eləcə də tüstü ciyərlərə dolur.Belə halların qarşısının alınması üçün ,tunellərdə havalandırma sistemi işləməli və bu zəhərli qazları çəkib aparmalıdır.Təəssüf ki,bir çox ölkələrdə,xüsusilə də Bakıda bu kimi sistemin işləməsi sual altındadır.Hətta havalandırma sisteminin olması belə hər yerdə görünmür.Səhiyyə info məsləhət görür ki,zəhərlənmək istəmirsinizsə,tuneldə avtomobilin pəncərə şüşələrini açmayın.