sehiyye.info

Bu sözləri hər gün demək lazımdır:-Sağlam olmaq istəyirsən ?

Bu sözləri hər gün demək lazımdır:-Sağlam olmaq istəyirsən ?
Sağlam yaşamaq istəyirsinizmi?? Elə isə Sehiyye.info sizə məsləhət görür...
*Hər gün bir diş sarımsaq yeyin.
Sarımsağ orqanizimdəki xəstəliyə səbəb ola biləcək maddələri demək olar ki, yarıbayarı (48%) azaldır.Bundan başqa, sarlmsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.
*İdmanla məşqul olun
Gündə 1kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.
*Kəpəkli məhsullar xərçəngdən qoruyur.
Həftədə 4dəfə kəpəkli çörək,makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.
*Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.
Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt,xərçəng və şəkər ehtimalı daha az olur.
*Fast-food yeməklərini birdəfəlik unudun
Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger,kartof qızartması və s kimi qidalardır
*Bel ağrısına qarşı hərəkət edin.
Araşdırmalar göstərir ki bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.
*Süfrənizin bəzəyi balıq
Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa,balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.
*Duzu azaldın
Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur.Ona görə də gündə 5qr duz yemək kifayətdir.
*Qəhvənin faydaları

Araşdırmalar gündə 2fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur
*Çay nədir,say nədir?
Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər.
*Hər pəhrizə aldanmayın.
Həftədə 2-3kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun.Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox,uzun müddət üçün həyata keçirməyə çalışın.
*Artıq çəkilərə diqqət
Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20həftə qısaldır.Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.

*Seleniuma ehtiyacımız var

Selenium daha çox fındıq-fıstıq,balıq və taxıl məhsullarında olur.Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azalır.

*Xolesterol səviyyəsini aşağı salın

İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır.Bu da infarkt və iflicdən qoruyur.

*Möcüzə dərman-ASPİRİN

Ağrı kəsici kimi qəbul etdiyimiz aspirin ürək-damar xəstəlikləri,həmçinin iflic və xərçəngə qarşı da faydalıdır.

*Stresə qarşı mübarizə aparın.

Sosial fəaliyyətlər,hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.

*Siqaretə yox.

Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s.

*Yuxusuz qalmayın

Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.

*Hər gün vitamin qəbul edin

Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.

*Dərinizi nəmləndiri

Dəriniz üçün yayda günəşdən,qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.

*Dişlərinizi qoruyun

Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır.Alma,portağal,yerkökü,ispanaq kimi lifli qidalar da dişləri qoruyur.

*Su içməyi unutmayın

Gündə 5stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50%azalır

*Sağlamlığınız üçün "DOST OLUN?"

Mütəxəssislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini söyləyirlər.

*Ən təhlükəsiz peşə

Mütəxəssislərə görə ticarət işi ilə məşğul olanlar peşə xəstəliklərinə daha az tutulurlar



REKLAM