sehiyye.info

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin nümayəndə heyəti Milli Oftalmologiya Mərkəzində olub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin nümayəndə heyəti Milli Oftalmologiya Mərkəzində olub
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) nümayəndə heyəti akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində olub.

Sehiyye.info bildirir ki, görüş zamanı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2012-ci ildən bəri Afrika ölkələrində həyata keçirdikləri “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə (AFAB)” kampaniyası və Azərbaycan tərəfindən göstərilən yardımların əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə iştirak edən OECD/DAC-ın İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandes və analitik Huan Kasado Asensio Milli Oftalmologiya Mərkəzinin həkimlərinin Mərkəzin Afrika ölkələrində humanitar yardım kampaniyaları zamanı fəaliyyətinə yüksək qiymət veriblər.

Qeyd edək ki, OECD/DAC donor dövlətlərini bir araya gətirən dünyanın ən nüfuzlu beynəlxalq qurumu hesab edilir. Ölkəmizin həmin təşkilatda təmsil olunması Azərbaycan tərəfindən göstərilən humanitar və inkişafa yardımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.(Azərtac)



REKLAM