Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası
Biz azərbaycanlılar susadıqca, çay içməyə vərdiş etmişik. Qızmar istidə belə, sərin su əvəzinə qaynar çay içirik. Yay aylarında yetərli miqdarda su içməsəzniz, dehidrasion yaranır. Orqanizminizin düzgün işləməsi üçün suya ehtiyacı var. Əgər gündə minimum 8 stəkan su içmirsinizsə, nəticədə əhvalınız pisləşir və hərəkətiniz yavaşlayır. Havalar isindikcə mayeyə daha çox ehtiyac artır. Bədənin temperaturunu nizamda saxlamaq üçün bir sıra təbii vasitələr var. Belə ki, sürətli nəfəs alıb-vermə, tərləmə və sidik yolu ilə orqanizmdəki istilik xaric edilir.
Bizim orqanizm 80% sudan ibarətdir:
Beyin - 75% • Ciyərlər - 80% • Ürək - 75% • Qan - 83% • Əzələlər - 75% • Sümüklər - 22% - sudan təşkil olunub
İnsan gündə 5 stəkandan az olmayaraq su içərsə, ürək tutmasının əmələgəlmə riskini kəskin şəkildə azaldır. (faktor.az)