sehiyye.info

Rus ekspert: İstidə bunu için!

Rus ekspert: İstidə bunu için!
İsti havada ən yaxşı içki su ilə qarışdırılmış alma şirəsidir.

Sehiyye.info xəbər verir ki, bu barədə Rusiya Şirə İstehsalçıları İttifaqı layihəsinin rəhbəri Lüdmila Xomiç deyib.

Onun sözlərinə görə, məhz alma şirəsi susuzluğun yatırılması və orqanizmdə duz balansının bərpası üçün çox önəmlidir.

Ekspert bildirib ki, bu içki bağırsaq xəstəliklərində deqitratasiyaya qarşı istifadə edilən xüsusi həllərdən (elektrolitlərdən) daha effektivdir.

Buna baxmayaraq, ekspert sutka ərzində 3 stəkandan artıq içməyi məsləhət görmür.(Axar.az)



REKLAM