sehiyye.info

Uşağı keçəl etmək saçını gurlaşdırırmı? – Həkim

Uşağı keçəl etmək saçını gurlaşdırırmı? – Həkim
Saçı seyrək olan uşaqların başının keçəl qırxılmasının heç bir əhəmiyyəti yoxdur. Uşağın keçəl edilməsi saçını gurlaşdırmır.

Sehiyye.info xəbər verir ki, bu barədə pediatr Altay Abdullaoğlu valideynlərin illərdir təkrarladığı yanlışlar barədə danışarkən deyib. Həkim bildirib ki, uşağın saçı anadangəlmə seyrəkdirsə, bunu uşağın keçəl etməklə gurlaşdırmaq mümkün deyil:

“Müxtəlif faktorlardan aslı olaraq, uşaqların saçı seyrək və ya gur ola bilər. Uşaqların saçının seyrək olması çox vaxt valideynləri narahat edir. Bu halda övladlarının saçlarını keçəl və ya çox qısa olaraq kəsdirirlər. Bu yanaşma doğru deyil. Çünki saçın belə kəsdirilməsi uşaqların saçlarının gurlaşması üçün şərait yaratmır və tibbi bir keçərliliyi yoxdur. Əksinə, uşaqların saçlarının qısa (keçəl) kəsdirmək onların psixologiyasına mənfi təsir edir. Xüsusilə də qız uşaqları saçları qısa olduğu üçün özgüvən problemi yaşaya bilirlər”.

Bu baxımdan həkim valideynlərə daha diqqətli olmağı məsləhət görüb.(Axar.az)



REKLAM