sehiyye.info

Yıxılan uşağı tutdu,öz barmaqları sındı.

Yıxılan uşağı tutdu,öz barmaqları sındı.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki,Rusiyanın Ekaterinburq şəhərində maraqlı hadisə baş verib.Səhər itini gəzdirən 57 yaşlı kişi,yuxarıda binadan uşağın ağladığını görüb.Binanın 8-ci mərtəbəsindən sallanıqlı qalan uşağın yıxılması təhlükəsini görən kişi,cəld onu tutmağa çalışıb.Ondan başqa iki cavan oğlan da köməyə gəlib.Nəticədə 8-ci mərtəbədən yıxılan uşağı tutmaq mümkün olub.Uşağı və kişini yerli xəstəxanaya aparıblar.Uşaq sağ salamat qurtarsa da,kişinin bütün barmaqları zərbədən sınıb.Sakinini dediyinə görə uşağın ağırlığını barmaqlarında hiss edib və zərbədən sınıqları ciddidir.Lakin o,heç də məyus deyil,hətta özünü xoşbəxt hiss edir,çünki 4 yaşlı uşağı xilas edə bilib.



REKLAM