3 aylıq körpənin öldüyü deyilən Respublika Uşaq Xəstəxanasının həkimi danışdı.
Bir neçə gün öncə respublika mətbuatında geniş yer almış 3 aylıq körpənin yanlış qan vurulması ucbatından öldüyü haqda məqalələrə,Respublika Uşaq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Sevda Əliyeva aydınlıq gətirdi.Səhiyyə.info Sevda Əliyevanın fikirlərini sizə çatdırır.
-Sözü gedən xəstə uşaq,Əsgərzadə Mədinə 28 mart tarixində Xəstəxananın reanimasiya şöbəsinə qəbul edilib.Onun hemoqlabini aşağı olması səbəbindən 4 dəfə qan vurulub.Lakin uşağın orqanizminin zəif olması,immunitetin aşağı olması uşağın orqanizmində heç bir reaksiya vermirdi.Yəni qanı artmırdı.Yanlış qan vurulması söhbəti isə yalandır.Yüz faiz əmin olmasaq qan vurmarıq.Əlimizdə 2 dəfə labarator yoxlaması var.Uşağın qan qrupu (1+) olub və 1-ci qrup qan da,vurulub.Hətta həkim olmayanlar da bilir ki,(1+)qan qrupu bütün qan qruplarına yarayır.Əgər bu qan qrupu uşağa vurulsaydı belə,burada heç bir ölümdən söhbət gedə bilməzdi.Yanlış məlumat yayan bəzi mətbuat orqanları məsələni araşdırmamış birtərəfli,qərəzli mövqedən yazdıqda insanlarda çaşqınlıq yaradır,həkimləri və səhiyyəmizi gözdən salır.Ən azından şəkili dərc olunan epiqrizi oxumaq kifayət edərdi ki,uşağın nə qədər ciddi xəstə olduğunu görsünlər.
Bundan başqa uşağın valideynlərinə məsələnin nə yerdə olduğu məlumat verilib.Uşağın vəziyyətinin ağır olduğu,orqanizmin qanı götürmədiyi və bu xəstəliyin anadangəlmə olduğunu bildirdik.Hətta,uşağın analizlərini Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutuna göndərmişik və aparıcı həkimlərin rəyi də var.
Valideyn isə öz razılığı əsasında uşağı İran İslam Respublikasına aparacalarını deyiblər.Onların imzalı razılıq ərizələri alınıb.Aprel ayının 4-də uşağı xəstəxanadan çıxarıblar.Sonadan bizə məlum olub ki,valideynlər uşağı İran İslam Respublikasına aparıblar.Orada da müalicə edə bilməyiblər.Respublikaya qayıtdıqdan 2 gün sonra isə uşaq keçinib.Uşağın ölümündə qan qrupunun və başqa söhbətlərin yersiz olduğu göz qabağındadır.