sehiyye.info

Allergiyanın orqanizmdə fəsadları barədə. Həkim məsləhəti

Allergiyanın orqanizmdə fəsadları barədə. Həkim məsləhəti
Dövrümüzdə allergiya ilə qarşılaşan insanlar səbəbini bilmədən müxtəlif fikirlər söyləyir. Zəhərlənmə, iyrənmə,çimsinmə, və s kimi fikirlər ağıla gəlir.Lakin bu heç də asan görünən və boş veriləsi xəstəlik deyil.
Bu xəstəliyin ağır fəsadları ola bilər.
Sehiyye.info olaraq bu barədə müsahibimiz tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənməyə çalışdıq.
Nədir allergiya ?
Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergiyaya qarşı kəskin reaksiyasıdır.

Allergiyanın orqanizmdə fəsadları barədə. Həkim məsləhəti

Allergiya zamanı insanda bir çox əlamətlər müşahidə olunur:

“Asqırma, burun, göz və ağzın qaşınması, burun axması, dəridə səpkilər və s. xəstəliyin əsas əlamətlərindədir. Mövsümi qrup allergiyalara rinitlər, rinosinisitlər, traxeobronxit və ən ağır növü hesab olunan bronxial astma aiddir. Bundan əlavə övrə, kvinki ödemi, atopik dermatitlər də bu siyahıya daxildir. Allergiya zamanı isə əsasən, yumurta, süd, sitrus meyvələri qəbul etmək məsləhət görülmür”.
Allergiyanın əsasən simptomları bunlardır:
Nərminə Abbasova bildirdi ki, allergik reaksiyalar bədənin müxtəlif yerlərində yaranaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.
-yuxarı tənəffüs yolları: allergik rinit, astma;
-qızarmış, sulanmış gözlər;
-əzələ ağrıları;
-ishal, qusma, mədə pozuntusu.
Ağırlaşmaları:
-anafilaktik şok (kəskin allergik reaksiya)
-ağırlaşmış və ya xırıltılı nəfəs;
-sürətli nəbz;
-soyuq tər;
-yapışqan dəri;
-mədə spazmları;
-başgicəllənmə;
-ürəkbulanma;
-qıcolmalar.
“Allergiya zamanı həkim məsləhəti olmadan dərman qəbul etmək müxtəlif fəsadlar yarada bilər. Hətta xəstəlik xroniki hala, yəni bronxial astmaya çevrilə, ağırlaşmalar zamanı isə anafilaktik şok baş verə bilər. Xroniki halı tam müalicə edib, rimisiya (sakitlik) əldə etmək mümkün olmur. Ona görə də xəstəliyin ilkin əlamətləri baş verərkən həkimə müraciət etmək mütləqdir. Xəstənin nəyə allergiyası olduğu müayinə zamanı məlum olur və simptomlara əsasən müalicə təyin edilir”.
Həkim allergiya zamanı hansı profilaktik tədbirləri həyata keçirmək lazım olduğunu da qeyd etdi :
Çalışın sizdə allergiya yaradan məhsulları müəyyən edə biləsiz və onlardan hər zaman uzaq olasınız. Evinizin hər zaman təmiz olmasına, toz, tük və gənələrdən təmizlənməsinə nəzarət edin. Evinizi süpürərkən, tozsoranla təmizləyərkən, mebelləri çırparkən, yataq dəstini dəyişərkən və ümumiyyətlə tozla bağlı digər işlərlə məşğul olarkən çalışın burnunuzu bağlayın (təmiz tənzif və ya maskayla). Heyvanlara qarşı allergiya varsa evdə heyvan saxlamayın.
Əgər sizdə ağır dərəcəli allergiya varsa ailə üzvlərinizi iş yoldaşlarınızı və həkiminizi xəbərdar etməyi unutmayın!



REKLAM