sehiyye.info

Əzələ ağrıları barədə.Həkim məsləhəti

Əzələ ağrıları barədə.Həkim məsləhəti
Əzələ ağrıları adətən ağır fiziki iş görəndə,idmanla məşğul olanda yaranır.
Bütün həyatımız hərəkətdədir və hərəkət təxminən 400 skelet əzələsinin1 işini əhatə edir, üstəlik, bədən çəkisinin 40-45%-ni təşkil edir. Buna görə də təəccüblü deyil ki, hər bir insan həyatı boyu dəfələrlə bədənin müxtəlif yerlərində - boyun, kürək, bel və ətraflarda əzələ ağrıları yaşayır.
Sehiyye.info xəbər verir ki,tanlnmış həkim terapevt Nərminə Abbasova bu dəfə əzələ ağrıları ilə bağlı fikitlərini sizə çatdırır:
Əzələ ağrısı və ya elmi olaraq mialji vaxtaşırı qadınların 54%-də və əmək qabiliyyətli yaşda olan kişilərin 45%-də - 27-50 yaş arasında baş verir, lakin belə bir şikayət hətta uşaqlarda da rast gəlinir. Mialji səbəbindən asılı olaraq yüngül və ya çox ağır, dözülməz ola bilər.
Əzələ ağrısı əzələdə ağırlıq hissi, həssaslıq, sərtlik, hərəkətsizlik, spazma, ağrı ilə müşahidə olunan tutulmalar, göynəmə olaraq özünü güstərir. Əzələ ağrıları xəstənin yuxusunu pozmaz. Çünki bu ağrılar hərəkət zamanı başlayır və artıq. İnfeksiya və maye toplanması zamanı isə bu ağrılar istirahət zamanı da davam edir.

Əzələ ağrıları barədə.Həkim məsləhəti
Əzələ ağrısının ən sıx bilinən səbəbləri:
-Əzələnin gücə salınması və gərilməsi
-Onurğa problemləri (bel və boyun yırtıqları, sürüşmə, kirəcləşmə səbəbi ilə olan sinir sıxılmaları)
-Fibromiyalji
-İnfluenza (qrip)
-Lyme xəstəliyi (gənə dişləməsi)
-Dərmanlar, xüsusilə statinlər, kolestreol salıcı dərmanlar
-Miyofasiyal ağrı sindromu
-Revmatik xəstəliklər
-Rabdomiyoliz, əzələ liflərinin qoparaq, qan dövranına girişi ilə xarakterizə olaraq həyati təhlükə yaradan bir vəziyyətdir. Bəzən statin dərmanlarından istifadənın əks təsiri olaraq da ortaya çıxa bilir.
-Bakteriya və viral infeksiyalar
-Qan elektrolit balanssızlığı (kalium, fosfor, maqnezium xüsusilə)
-Naviqasiya pozuqluqları
-Əzələ spazması: qəfil başlayan ağrılı əzələ sıxılmaları. Daha çox baldır əzələlərində izlənir. Bu spazmalar əzələ içi maye və elektrolit itkisi, əzələlərdə toksik maddə toplanması nəticəsində və ya qan dövranı pozuqluqlarında meydana gələ bilər.
-Əzələ spazmaları: Daha çox bel və boyun yırtıqları zamanı müşahidə olunur. Xəstələr ağrının yerini müəyyən etməkdə çətinlik çəkirlər. Bu səbəbdən digər toxumalardan qaynaqlanan ağrıları da təsbit etməyə bilərlər. Məsələn, omba ağrısı bud sümüyü əzələlərinə yayıla bilər.
Stress, gücəsalma, yanlış idman hərəkətləri və ya məşqlərdən qaynaqlanan əzələ ağrıları ümumiyyətlə evdə tətbiq oluna müalicələr ilə aradan qaldırıla bilir. Ağır zədə və ya başqa xəstəlik səbəbi ilə yaranan əzələ ağrıları isə ümumiyyətlə ciddi müalicə edilməyi tələb edir.

Uzun müddət edilən məşqlər əzələ ağrılarına yol açabilir.Özəlliklə müəyyən yaşdan sonra başlanılan, xüsusi təyin edilməyən məşqlərdən sonra əzələ ağrıları meydana gələ bilər. Pilates kimi əzələləri gərən məşqlər adamda onurğa və ya oynaq problemi varsa və ya əzələ quruluşuna görə edilməmişsə əzələ və oynaq problemləri meydana gətirə, əzələ ağrısı meydana gəlincə edilən masaj isə, əzələ içində şiş yarandığı təqdirdə zərər verə bilər.



REKLAM