sehiyye.info

Bağırsaqları bədənindən kənarda inkişaf edən körpəyə ana bətnində əməliyyat edildi

Bağırsaqları bədənindən kənarda inkişaf edən körpəyə ana bətnində əməliyyat edildi
Hamiləliyin 26-cı həftəsində həyata keçirilən yenilikçi əməliyyat sayəsində ağır anadangəlmə qüsuru olan körpə sağlam şəkildə dünyaya gəlib. Həkimlər döl hələ ana bətnində olarkən onun qarın boşluğundan kənarda inkişaf edən bağırsaqlarını minimal invaziv üsulla yerinə qaytarıblar. Mütəxəssislər bu üsulun gələcəkdə minlərlə körpənin həyatını dəyişə biləcəyini bildirirlər.

Böyük Britaniyadan olan Meyzi Sevic hamiləliyin 20-ci həftəsində keçirilən ultrasəs müayinəsində körpəsində qastroşizis adlı anadangəlmə qüsur aşkarlanıb. Bu zaman göbək nahiyəsi düzgün formalaşmır və bağırsaqlar qarın boşluğundan kənarda inkişaf edir. Daha sonra aparılan müayinələr qüsurun ağır – mürəkkəb qastroşizis formasında olduğunu göstərib.

Həkimlər ailəni ABŞ-ın Hyuston şəhərində yerləşən Texas Children's Hospital-da aparılan ilk klinik tədqiqata cəlb ediblər. Əməliyyatdan əvvəl Belçikada dölün qarın əzələlərini boşaltmaq üçün botulinum toksini inyeksiyası edilib. Ardınca hamiləliyin 26-cı həftəsində cərrahlar ananın uşaqlığını qismən açaraq minimal invaziv üsulla körpənin bağırsaqlarını qarın boşluğuna yerləşdirib və qarın divarını bərpa ediblər.
Əməliyyatdan sonra hamiləlik daha 14 həftə davam edib. Körpə Teo fevral ayında təbii doğuşla dünyaya gəlib və əlavə böyük cərrahi müdaxilələrə ehtiyac qalmayıb.

Yeni üsul gələcəkdə digər xəstəliklər üçün də istifadə oluna bilər
Tədqiqatın rəhbəri, fetal cərrah professor Maykl Belfort əməliyyatın həm ana, həm də körpə üçü.//BBC

n ağırlaşmasız keçməsini böyük uğur adlandırıb. Onun sözlərinə görə, bu, mürəkkəb qastroşizisin ana bətnində müalicəsi üzrə dünyada ilk klinik sınaqlardan biridir.
Londonun Great Ormond Street Hospital xəstəxanasının uşaq cərrahı professor Paolo de Koppi bildirib ki, tədqiqat uğurla başa çatarsa, bu üsul yaxın gələcəkdə Böyük Britaniyada da tətbiq olunacaq. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə ana bətnində ürək, ağciyər və digər anadangəlmə qüsurların da cərrahi müalicəsi mümkün ola bilər.


ABŞ-da həyata keçirilən yenilikçi fetal əməliyyat nəticəsində ağır qastroşizis diaqnozu qoyulan körpənin bağırsaqları doğuşdan əvvəl qarın boşluğuna yerləşdirilib və uşaq sağlam şəkildə dünyaya gəlib. Alimlər bu üsulun uğurlu nəticələrinin gələcəkdə digər anadangəlmə qüsurların müalicəsində də yeni imkanlar yarada biləcəyini düşünürlər.



REKLAM