Körpə ana bətnində onurğa beynindən əməliyyat olundu - indi qızcığaz nəinki hərəkət edir, həm də qaça bilir...

"Onun necə qaçdığını müşahidə etmək inanılmazdır və heyrət doğurur..."
"Payperə valideynləri tərəfindən onu əməliyyat edən cərrahın şərəfinə Kol adı qoyulub, maraqlıdır ki, onların doğum günləri də eynidir..."
Beş yaşlı Payper-Kol Kelliyə həkimlər tərəfindən "onurğa beyninin parçalanması" diaqnozu qoyulandan və onun hərəkət edə bilməyəcəyini bəyan edəndən sonra hamıya meydan oxuyub. İndi qızcığaz nəinki hərəkət edir, həm də qaça bilir.
Moderator.az xəbər verir ki, bu barədə "nypost.com" nəşri yazıb.
Hamiləliyin 20-ci həftəsində müayinə edilən zaman həkimlər gənc valideynlər - 19 yaşlı Corciya Aksford və 21 yaşlı Tayler Kelliyə məlumat verib ki, gələcək övladlarında onurğa parçalanması aşkar edilib və onların yeganə ümidi döl üzərində invaziv əməliyyat ola bilər.
Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəzin məlumatına görə, onurğanın parçalanması onurğanı zədələyən və adətən doğuş zamanı üzə çıxan xəstəlikdir. Əksəriyyət hallarda belə insanlar aşağı ətraflarda iflicdən əziyyət çəkir və hərəkət edə bilmir.
İngiltərənin Cənub Qlosterşil şəhərindən olan valideynlər gələcək övladlarlnın onurğasında əməliyyat edilməsi üçün Almaniyaya uçub.
Əməliyyatın dəyəri 11 400 dollar təşkil edib. Payper anasının bətnində əməliyyat edilib, onun hərəkət etmək imkanının yaranmasına ümid edilib.
Payper-Kol Kelli 2018-ci ilin iyulunda hamiləliyin 30-ci həftəsində doğulub və intensiv terapiya şöbəsində 52 gün keçirib, sonra ailəsi qızcığazı evə aparıb.
"O, altı aylığında ciddi əməliyyat keçirib, bir neçə il ərzində fizioterapiya müalicəsi alıb, həkimlərin nəzarətində olub və ağır günlər keçirib", - bunu hazırda 24 yaşı olan anası Aksford deyib. "Biz Payperə ehtiyacı olan istənilən dəstəyi göstərməyə hazırıq".
Həkimlər valideynləri xəbərdar edib ki, Payperə inkişafdan qalma əlamətləri olarsa şunt lazım gələcək.
Nəticədə tibb işçiləri Payperə hərəkətinə kömək üçün şunt və diyirçəkdən istifadə etməyi məsləhət görüb. Bir ildən sonra o, artıq sərbəst hərəkət edib.
"Onun bütün bunlardan keçib bugünkü vəziyyətə çatması bir möcüzədir. O, öz həyatında çox şeyləri yaşayıb", - Aksford əlavə edib.
Payperə valideynləri tərəfindən onu əməliyyat edən cərrah Tom Kolun şərəfinə Kol adı qoyulub. Üstəlik, maraqlıdır ki, onların doğum günləri eynidir.
"Doğum günlərində onlar FaceTime vasitəsilə bir-birinə zəng edir və ya mesaj göndərir", - anası deyib.
Ailə Payperin hər bir irəliləyişi barədə həkimə məlumat verməkdə davam edir: "Hər dəfə Payper bizim edə bilməyəcəyini düşündüyümüz nəyisə edəndə mən dərhal bu barədə ona məlumat verirəm".
Bu yaxınlarda qızcığaz bütün uşaqların müxtəlif idman növlərilə məşğul olduğu idman günündə iştirak edib.
"Onun necə qaçdığını müşahidə etmək inanılmazdır və heyrət doğururur", - anası deyib. - Mən heç vaxt onun bunabənzər nəsə edə biləcəyini düşünmürdüm".
Beş yaşlı qızcığazın öz valideynlərini heyrətləndirməkdə davam etməsinə rəğmən, indiyədək bəzi çətinliklərlə üzləşməli olur. "O, çox yorulur və böyük məsafələri qət edə bilmir, lakin bizə deyildiyi kimi, hər şey yaxşıdır", - anası deyib.
Cütlük öz qızlarının gücündən mənmundur və onun öhdəsindən gələ biləcəyi yeni sınaqları gözləyir.



