sehiyye.info

Xəstəxana direktoru vəzifəsindən azad edilib.

 Xəstəxana direktoru  vəzifəsindən azad edilib.
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov vəzifəsindən azad edilib.
Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub. Onun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri barədə rəsmi açıqlama verilməyib.
Sehiyye.info xəbər verir ki,məlumata görə, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov təyin olunub. Yeni rəhbərin kollektivə təqdimatının bayramdan sonra keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, son dövrlərdə bölgədə səhiyyə xidmətlərinin keyfiyyəti və idarəetmə ilə bağlı məsələlər ictimai müzakirələrə səbəb olmuşdu.



REKLAM