Şəki TibbKolleçi regionda nümunəvi təhsil ocağıdır
![]()
Şəki zəngin tarixi, möhtəşəm təbiəti və unikal mətbəxi ilə seçilən Azərbaycanın şimal-qərbdəki əsas turizm mərkəzidir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu bölgə, qədim İpək Yolu üzərindəki mövqeyi ilə məşhurdur.
Bu baxımdan regionda tibb işçilərinə də böyük tələbat var.Tibbin inkişafında ,eləcə də tibbi təhsilin yüksək səviyyədə aparılmasında seçilən müəssisələrdən biri də Şəki Şəhər Tibb Kolleçidir.
Şəki Şəhər Tibb Kolleci uzun illərdir ki, ölkəmizin səhiyyə sisteminə savadlı, peşəkar və vətənpərvər tibb işçiləri qazandırır. Bu uğurların arxasında isə böyük zəhmət, düzgün idarəçilik və yüksək təşkilatçılıq bacarığı dayanır. Bu xüsusiyyətləri özündə birləşdirən dəyərli rəhbər – kollecin direktoru Elmira Hacıyevadır.
Elmira Hacıyeva öz fəaliyyəti ilə təkcə bir təhsil müəssisəsinə rəhbərlik etmir, eyni zamanda gələcəyin səhiyyə işçilərinin formalaşmasında mühüm rol oynayır. Onun rəhbərliyi altında kollecdə tədris prosesi müasir tələblərə uyğun qurulmuş, nəzəri biliklərlə yanaşı praktik bacarıqların inkişafına xüsusi önəm verilmişdir. Tələbələrin xəstəxana və tibb müəssisələrində təcrübə keçməsi, real iş mühitinə hazırlanması daim diqqət mərkəzində saxlanılır.
Direktor kimi Elmira xanım tələbə və müəllim heyətinə qarşı həssas, diqqətli və ədalətli münasibəti ilə seçilir. O, kollektiv daxilində sağlam, səmimi və motivasiyaedici mühit formalaşdırmağı bacarmışdır. Onun rəhbərliyi altında çalışan müəllimlər daim öz üzərlərində işləməyə, yeniliklərə açıq olmağa təşviq edilirlər. Bu isə tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərir.
Elmira Hacıyeva üçün əsas prioritetlərdən biri də milli-mənəvi dəyərlərin qorunması və tələbələrə aşılanmasıdır. O, gənclərin yalnız savadlı mütəxəssis deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişməsinə xüsusi önəm verir. Humanizm, mərhəmət və insanpərvərlik kimi xüsusiyyətlər tibb sahəsində ən vacib prinsiplərdir və bu prinsiplər kollecdə formalaşdırılan təhsil fəlsəfəsinin əsasını təşkil edir.
Onun təşəbbüsü ilə kollecdə müxtəlif maarifləndirici tədbirlər, seminarlar, tibbi aksiyalar və sosial layihələr həyata keçirilir. Bu tədbirlər tələbələrin həm dünyagörüşünü genişləndirir, həm də onların cəmiyyətlə sıx əlaqədə formalaşmasına şərait yaradır. Elmira xanımın uzaqgörən siyasəti nəticəsində Şəki Şəhər Tibb Kolleci regionda nüfuzlu təhsil ocaqlarından birinə çevrilmişdir.
Təsadüfi deyildir ki, Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi iştirak edib.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi Mülki Müdafiə Şöbəsinin Mühəndis Xidmətinin əməkdaşları açıq dərs keçib.. Açıq dərsdə "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda geniş məlumat verilib, müəllim və tələbələr tərəfindən verilən suallar cavablandırıb.
Bir sözlə Elmira Hacıyevanın rəhbərliyi, zəhmətkeşliyi və peşəkarlığı gənc nəslin sağlam gələcəyinə xidmət edən böyük bir missiyadır. Onun fəaliyyəti həm təhsil, həm də səhiyyə sahəsində örnəkdir və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Təhsilin təşkili və yüksək nəticələr əldə edilməsi kolleçin əsas meyarıdır.