sehiyye.info

Bayram nə vaxtdır? - Rəsədxana AÇIQLADI

Bayram nə vaxtdır? - Rəsədxana AÇIQLADI
Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Sehiyye.info bildirir ki,Rəsədxananın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yeni ay 03 iyun 2019 cu il tarixdə 14.03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

Təzələnmiş ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın gözlə görmək mümkündür.

Odur ki, Azərbaycanda ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək.



REKLAM