sehiyye.info

Qaraciyər xəstəliyi sakit, əlamətsiz keçə bilər. Həkim məsləhəti

Qaraciyər xəstəliyi sakit, əlamətsiz keçə bilər. Həkim məsləhəti
Qaraciyər olduqca möhkəm və dözümlü orqandır. Qaraciyərin özü özünü bərpa etmək və sağaltmaq qabiliyyəti həqiqətən heyrətləndirir.
Lakin buna baxmayaraq ildən ilə dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı dayanmadan artır.

Sehiyye.info olaraq mövzu ilə bağlı tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənməyə çalışdıq :
Qaraciyər hər dəqiqə milyonlarla zəhərli maddəni parçalayan unikal kimyəvi laboratoriyadır. Qaraciyərin digər unikal xüsusiyyəti ağrı reseptorlarının olmamasıdır, yəni praktik olaraq xəstəlik siqnalı vermir, sözün əsl mənasında "səssizcə əziyyət çəkir". Simptomlar görünəndə qaraciyərin vəziyyəti kritik həddə yaxınlaşır.
Qaraciyər xəstəlikləri sakit, əlamətsiz keçə bilər, xüsusən erkən mərhələlərdə və ya ikincili qaraciyər xərçəngi kimi bəzi hallarda, bədən zərər görsə də, simptomlar gec ortaya çıxır, bu da onların təhlükəli olduğunu göstərir; buna görə sarılıq, çəki itkisi, qarın ağrısı kimi əlamətlərə diqqət etmək və həkimə müraciət etmək vacibdir.
Nərminə həkim bildirdi ki, bundan başqa hepatit kimi tanınan bir qrup qaraciyər xəstəlikləri var. Hamısı qaraciyərin iltihabı ilə xarakterizə olunur. Səbəbindən asılı olaraq, hepatit yoluxucu virus və bakterial, zəhərli (dərmanla əlaqəli, spirtli və s.) və autoimmun kimi təsnif edilir. Yoluxucu hepatit Ən çox hepatit A, B və C virusları, Epstein-Barr virusu və sitomeqalovirus tərəfindən törədilir.

Qaraciyər xəstəliyi sakit, əlamətsiz keçə bilər. Həkim məsləhəti

Toksik qaraciyər zədələnməsinin əsas səbəbi alkoqoldur. Ədəbiyyata görə, alkoqoldan sui-istifadə etanol ilə eyni miqdarda - kişilər üçün həftədə 140 qramdan çox, qadınlar üçün isə 70 qramdan çox - spirtli içki qəbulu kimi müəyyən edilir.

Hansı əlamətlər qaraiyərin xəstə olduğunu bildirir ?
Həzm proseslərinin pozulması - köp, "səbəsiz" təkrarlanan ishal, iştahanın azalması.
Nəcisin rəngi daha açıq, sidiyin rəngi tünd olur.
Qaraciyər nahiyəsində ağırlıq və diskomfort (xüsusilə yağlı, qızardılmış qidaların qəbulundan sonra).
Dəridə səpgilər və qaşıntı, dərinin quruluğu.
Dərinin və selikli qişalarının saralması.
Nərminə həkim qeyd etdi ki, bu simptomları olan xəstələr mütləq həkimə müraciət etməlidir.

İnkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindən biri qaraciyər piylənməsidir ki, onların əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqəlidir:
“Qaraciyər xəstələri müntəzəm olaraq həkim nəzarətində olmalı, xəstəliyin klinik-laborator müayinələri, inkişaf əlamətləri, eyni zamanda xəstələrin şikayətləri vaxtında və düzgün qiymətləndirilməlidir. Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır”.

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



REKLAM