sehiyye.info

Bayram günləri çox yemək ziyanlıdır ? Həkim məsləhəti

Bayram günləri çox yemək ziyanlıdır ? Həkim məsləhəti
Yeni ilin astanasındayıq. Yenə də həmişəki kimi hər il bayramqabağı evlərdə müxtəlif təamlar hazırlanır, bayramlarda həmin yemək və salatlar süfrələrə düzülür. Məlumdur ki, bir çox hallarda hazırlanan yeməklərin, salatların hamısını istehlak etmək mümkün olmur və bu səbəbdən həmin təamlar günlərlə istifadə edilir.
Bundan başqa bir gündə bu təamların hərəsindən bir az yesək də bu bizim orqanizmimizə ciddi ziyan vurur.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizinlə bölüşür :

Artıq bayram günləri gəlir. Bir neçə günə ilin son günü və yeni ilin ilk gününü qeyd edəcəyik.
Həmişə olduğu kimi süfrələrimizi dadlı və gözəl yeməklər bəzəyəcək. Təbii ki, şərab da içiləcək, tort da yeyiləcək və s.
Sonra isə bir neçə gün orqanizmimiz gücə düşəcək ,bir çox insanlar təzyiqdən şikayət edəcək, bəziləri baş ağrısından,digərləri də mədə bağırsaq pozuntusundan danışacaq.
Bəs necə qidalanaq ki, bu hallar baş verməsin.

Bayram günləri çox yemək ziyanlıdır ? Həkim məsləhəti

Orqanizmi hansısa günlərdə daha çox qida qəbul edəcək şəkildə proqramlaşdıra bilmərik. Bayramda qəbul olunan artıq kalorili qidalar, xüsusilə şirniyyatlar insan orqanizmində bayramdan sonra təhlükəli xəstəliklərin, ağır vəziyyətin yaranmasına səbəb ola bilər.Buna görə sağlamlığımızı qorumaq üçün bayram günlərində də adi günlərdə olduğu qədər qida qəbul etmək lazımdır. Xüsusilə, qəbul olunan qidaların çeşidini çox qarışdırmaq olmaz. Çoxçeşidli qidalar, bəzən bunların bir sonrakı gün də qəbul olunması insan orqanizmində bir çox fəsadlara yol açır. Bayram günlərdə isti yemək kimi bir çeşid qida qəbul etmək lazımdır. Yemək zamanı isə yalnız bir növ heyvan ətindən hazırlanan qidaya üstünlük vermək vacibdir.

Bəzən mal ətindən hazırlana xörək,əlavə balıq,əlavə toyuq məhsulları,üstəlik şirniyyatlar,salatlar qarışdırılır.Qətiyyən olmaz.
Nərminə həkim qeyd etdi ki,"Mədənizi zərərli və ağır qidalarla yükləməyin, spirt və nikotindən çox istifadə etməyin. Bayramdan bir neçə gün əvvəl mədəyə istirahət vermək lazımdır. Ac qalmaq lazım deyil, qatıq içə və aşağı kalorili qidalar yeyə bilərsiniz.
Həzm problemi olanlar varsa,apteklərdə həzmə kömək edə biləcək dərmanlardan istifadə etmək olar.
Axşam gəzintisi mütləqdir. Təmiz havada ,dəniz kənarında, parklarda 1 saat gəzmək orqanizmə nə qədər kömək edir.
Çalışın ki, az yeyəsiz, süfrədən doymamış ayrılın. Çünki,yemək bol olanda adam istəyir hamısından yesin,beyinə isə siqnal gec çatır. Yeyib-içib köpdükdən sonra əksər insanlar peşmançılıq çəkir. Odur ki, əvvəlcədən düşünmək və menyunun tərtib etmək lazımdır. Yemək masasından ayrıldıqdan sonra hərəkət edin,rəqs edin,gəzin,çoxlu su için və təmiz hava qəbul edin.
Onu da qeyd edim ki, bayramlar təkcə yeyib içməkdən ibarət deyil. Birdəfəlik beyninizə həkk edin ki, bayramlarda qohum əqrəba,yaxınlarınızla görüşmək,birlikdə əylənmək və xoş saatlar, keçirmək lazımdır.
Bundan əlavə, bayramöncəsi bişirilən yeməklərin, hazırlanan salatların təhlükəsiz saxlanması məsələsi vacibdir

Həkim Nərminə Abbasova qeyd etd ki, bişmiş yeməklər otaq temperaturunda 2 saatdan artıq saxlanmamalı, bu müddətdən sonra mütləq soyuducuya yerləşdirilməlidir:

"Qida təhlükəsizliyi qaydalarına əməl edilmədikdə bakteriyaların çoxalması sürətlənir və zəhərlənmə riski artır.

Soyuducuda saxlanma müddətləri belədir:

Bişmiş ət yeməkləri (qovurma, dolma, kotlet və s.) 2–3 gün.
Toyuq və hinduşka yeməkləri 2 gün.
Balıq yeməkləri maksimum 1-2 gün.
Şorbalar və sulu xörəklər 2-3 gün.
Mayonezli salatlar - 24 saatdan çox olmamaq şərti ilə.
Tərəvəz əsaslı salatlar (mayonezsiz) 2 gün.
Şirniyyatlar (kremli tortlar) 24-48 saat, quru şirniyyatlar isə 5-7 gün.

Daha tez xarab olan qidalar əsasən mayonezli, kremli, balıq və toyuq tərkibli yeməklərdir. Nisbətən uzunömürlü qidalar isə yaxşı bişmiş ət yeməkləri, şorbalar və quru şirniyyatlardır”.



Həkim bildirdi ki, yeməklərin və digər qidaların saxlanılması zamanı diqqət yetirilməli olan vacib məqam qablaşdırmadır:



"Hava keçirməyən qabda saxlanmalı, hər dəfə yalnız yeyiləcək qədər qızdırılmalıdır. Qoxusu, rəngi və ya dadı dəyişmiş qidalar isə bayram israfı olmasından asılı olmayaraq istehlak edilməməlidir. Bu qaydalara əməl etməklə yeni il süfrəsini həm zəngin, həm də təhlükəsiz saxlamaq mümkündür”.
Sonda həkim 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbrik etdi


Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207



REKLAM