sehiyye.info

Bayram günləri qidalanma necə olmalıdır ? Həkim məsləhəti

Bayram günləri qidalanma necə olmalıdır ? Həkim məsləhəti
Artıq bayram günləri gəldi. Bu gün 2024- cü ilin son günü və yeni ilin ilk gününü qeyd edəcəyik.
Həmişə olduğu kimi süfrələrimizi dadlı və gözəl yeməklər bəzəyəcək. Təbii ki, şərab da içiləcək, tort da yeyiləcək və s.
Sonra isə bir neçə gün orqanizmimiz gücə düşəcək ,bir çox insanlar təzyiqdən şikayət edəcək, bəziləri baş ağrısından,digərləri də mədə bağırsaq pozuntusundan danışacaq.
Bəs necə qidalanaq ki, bu hallar baş verməsin.

Bayram günləri qidalanma necə olmalıdır ? Həkim məsləhəti

Tanınmış həkim terapevt Nərminə Abbasova bayram günlərində necə qidalanmağın yollarını Sehiyye.infonun oxucularına çatdırır :
Orqanizmi hansısa günlərdə daha çox qida qəbul edəcək şəkildə proqramlaşdıra bilmərik. Bayramda qəbul olunan artıq kalorili qidalar, xüsusilə şirniyyatlar insan orqanizmində bayramdan sonra təhlükəli xəstəliklərin, ağır vəziyyətin yaranmasına səbəb ola bilər.Buna görə sağlamlığımızı qorumaq üçün bayram günlərində də adi günlərdə olduğu qədər qida qəbul etmək lazımdır. Xüsusilə, qəbul olunan qidaların çeşidini çox qarışdırmaq olmaz. Çoxçeşidli qidalar, bəzən bunların bir sonrakı gün də qəbul olunması insan orqanizmində bir çox fəsadlara yol açır. Bayram günlərdə isti yemək kimi bir çeşid qida qəbul etmək lazımdır. Yemək zamanı isə yalnız bir növ heyvan ətindən hazırlanan qidaya üstünlük vermək vacibdir.

Bəzən mal ətindən hazırlana xörək,əlavə balıq,əlavə toyuq məhsulları,üstəlik şirniyyatlar,salatlar qarışdırılır.Qətiyyən olmaz.
Nərminə həkim qeyd etdi ki,"Mədənizi zərərli və ağır qidalarla yükləməyin, spirt və nikotindən çox istifadə etməyin. Bayramdan bir neçə gün əvvəl mədəyə istirahət vermək lazımdır. Ac qalmaq lazım deyil, qatıq içə və aşağı kalorili qidalar yeyə bilərsiniz.
Həzm problemi olanlar varsa,apteklərdə həzmə kömək edə biləcək dərmanlardan istifadə etmək olar.
Axşam gəzintisi mütləqdir.Təmiz havada ,dəniz kənarında, parklarda 1 saat gəzmək orqanizmə nə qədər kömək edir.
Çalışın ki, az yeyəsiz, süfrədən doymamış ayrılın. Çünki,yemək bol olanda adam istəyir hamısından yesin,beyinə isə siqnal gec çatır. Yeyib-içib köpdükdən sonra əksər insanlar peşmançılıq çəkir.Odur ki, əvvəlcədən düşünmək və menyunun tərtib etmək lazımdır.Yemək masasından ayrıldıqdan sonra hərəkət edin,rəqs edin,gəzin,çoxlu su için və təmiz hava qəbul edin.
Onu da qeyd edim ki, bayramlar təkcə yeyib içməkdən ibarət deyil.Birdəfəlik beyninizə həkk edin ki, bayramlarda qohum əqrəba,yaxınlarınızla görüşmək,birlikdə əylənmək və xoş saatlar,keçirmək lazımdır.
Sonda həkim 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbrik etdi:
"Az yeyin ,sağlam olun.
Bayramınız mübarək !"



REKLAM