sehiyye.info

Baş, boyun ağrıları, öskürək, halsızlıq...Özünüzü qoruyun. Həkim məsləhəti

Baş, boyun ağrıları, öskürək, halsızlıq...Özünüzü qoruyun. Həkim məsləhəti
Son vaxtlar insanlar qripin ,soyuqdəymədən şikayət edir. Maraqlısı budur ki,simtomlar heç də qripin əlamətləri deyil.
Mətbu orqanlarda və ÜST- nın səhifəsində koronavirusun yeni , mutasiyaya uğramış xəstəliyin yayıldığını qeyd edirlər.
Bu halla əlaqədar Azərbaycanda vəziyyət necədir ? Ağırlaşmalar varmı və bundan özümüzü necə qoruyaq ?
Sehiyye.info olaraq mövzu aktual olduğundan tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənməyə çalışdıq.
Bəli, mutasiyaya uğramış qrip ştammı Avropada sürətlə yayılır və bu da səhiyyə orqanları arasında narahatlıq doğurur.
Avropada H3N2 qrip K alt tipinə yoluxma hallarının artması müşahidə olunur. Eyni variant dünyanın digər yerlərində də aşkar edilib. Görünür, bu "qrip K" variantı bu ilin əvvəlində epidemiyaların başlamasına səbəb olur. Mütəxəssislər bu variantın bütün dünyanı bürüyəcəyindən və səhiyyə sistemləri üçün çətinliklər yaradacağından qorxurlar.
Məlumata görə qonşu Rusiyada da ağırlaşmalar qeydə alınıb.

Nərminə Abbasova bildirdi ki, Azərbaycanda deyərdim ki, hələ ciddi bir problem görmürəm. Lakin pasientlər arasında baş boyun ağrıları, öskürək, halsızlıq və bir sıra narahatlıqlarla müraciət edənlər var. Təbii ki, biz bunun soyuqdəymə və ya qrip olduğunu zənn edirik. Labarator analizlər ciddi bir şey göstərmir.
Soyuqdəymə adətən yüngül keçir, əsasən burun axması, boğaz ağrısı və azacıq temperatur yüksəlməsi ilə müşahidə olunur. Xəstəlik adətən 5–7 günə keçir və ciddi fəsadlar yaratmır.


Qrip isə çox daha ağır seyr edir – halsızlıq, əzələ və baş ağrısı, yüksək (38–40°C) hərarət, bəzən isə öskürək və boğaz ağrısı ilə müşayiət olunur.
Qrip virusu immun sistemi zəiflətdiyi üçün bronxit, pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər.
Həkim Avropada və Rusiyada yeni qrip ştammının yayılığını və vətəndaşlarımızı diqqətli olmağa çağırdı.
"H3N2 ştammının K alt təbəqəsi tamamilə yeni bir virus deyil, hər il rastlaşdığımız qrip ştammlarından daha inkişaf etmiş bir qrip ştammıdır. Genetik dəyişiklikləri müşahidə edirik: virus tədricən səthi zülallarında kiçik mutasiyalar toplayıb. Bu mutasiyalar immun sisteminin virusu tanımasını çətinləşdirə bilər, hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş insanlarda belə".

Noyabr ayının sonunda Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) qripin Avropada qeyri-adi dərəcədə erkən - son iki mövsümdən üç-dörd həftə əvvəl yayılmağa başladığını bildirmişdi. Bunun günahkarı mutasiyaya uğramış H3N2 ştammıdır.

"Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi, xüsusən də aşağı peyvənd nisbətləri ilə Avropanın əvvəllər görüldüyündən daha ağır qrip mövsümü ilə qarşılaşa biləcəyi bir ssenariyə hazırlaşır. Normaldan daha çox infeksiya sayı səhiyyə sistemlərinə əlavə yük yaradacaq", - deyə ECDC açıqlamasında xəbərdarlıq edib.

20 noyabrda beynəlxalq virusoloqlar koalisiyası olan Qlobal Virus Şəbəkəsi (GVN), qrip K variantının Böyük Britaniyada, digər Avropa ölkələrində, Yaponiyada və Şimali Amerikanın bir neçə bölgəsində aktiv şəkildə yayıldığı barədə xəbərdarlıq edib. Mütəxəssislər həmçinin qeyd ediblər ki, K alt tipi "qlobal miqyasda daha intensiv qrip mövsümünə" səbəb ola bilər.

GVN tərəfindən izah edildiyi kimi, bu variant onu daha yoluxucu edən və insan immun sistemindən qismən yayınmasına imkan verən bir neçə mutasiya toplayıb.

Mövcud peyvəndlər bu qrip variantına uyğunlaşdırılmasa da, ictimai səhiyyə orqanları gecikmədən peyvənd olunmağı tövsiyə edir. İstənilən qorunma heç bir qorunmadan yaxşıdır. Bu tövsiyə əsasən həssas şəxslərə (65 yaşdan yuxarı və/və ya digər xəstəlikləri olan insanlar) və səhiyyə işçilərinə aiddir.
Baş, boyun ağrıları, öskürək, halsızlıq...Özünüzü qoruyun. Həkim məsləhəti

Həkim qeyd etdi ki, qripin ağırlaşmasım=nın qarşısını almaq üçün mütləq imuniteti qaldırmaq lazımdır. Artıq qış da girib, havalar soyuq keçir. Qalın geyinmək, isti içkilər içmək,meyvə tərəvəzdən daha çox istifadə etmək məsləhətdir.
Ən başlıcası vitamin C-dən başlamaq lazımdır.

1- Vitamin C

Pomidor, təzə bibər, rukula, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu, kivi kimi tərkibində C vitamini olan qidalar gün ərzində istehlak edilməlidir.

2-Zəncəfil

Zəncəfil tünd dadı və ətri ilə tənəffüs yollarını açan xüsusiyyətə malik olduğu səbəbi ilə şorbalarda, təzə tərəvəz yeməklərində və salatlarda istifadə edilə bilər.

3-Sarıkök

Sarıkökü salat, şorba, qatıq və ya yumurtanın üzərinə səpərək istehlak etmək qrip üçün faydalıdır.

4-Hil

Hil bakteriyalara və viruslara qarşı təsirlidir. Soyuqdəymə,bronxit, öskürək, qızdırma kimi problemləri aradan qaldırır. İmmunitet sistemini dəstəkləyir. Ağız və boğaz iltihablarını yox edər.

Hil daha çox toz şəklində qəhvə və ya çaya əlavə edilərək istifadə edilsə də, qurudulmuş bitkisini çay kimi dəmləyib içmək və ya qatığa əlavə edərək yemək olar.
Ağırlaşma hiss etsəniz mütləq həkimə müraciət edin. Çünki ,aırlaşma halları pnevmaniya və yeni ştamma çevrilə bilər. Bu isə xəstəxana şəraitində müalicə olunmalıdır.

Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207



REKLAM