Bronxial astma haqqında/ Həkim məsləhəti
![]()
Bronxial astma xəstəliyi kifayət qədər yayılmış xəstəliklərdəndir.
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova Sehiyye.info saytına danışdı.
Bronxial astma bronxların xroniki allergik iltihabi prosesidir,bu iltihabi proses nəticəsində hiperreaktivlik yaranır.
Hiperreaktivlik fonunda xəstədə təkrar-təkrar fitverici xırıltılar,təngnəfəslik,döş qəfəsində ağırlıq hissi və quru öskürək(gecə saat 4-5 də və ya səhərə yaxın) olur .
Bu simptomlar obstruksiya ilə bağlıdır. Obstruksiya geri dönəndir. Diaqnoz vaxtında qoyulmasa,və ya müalicə düzgün aparılmasa 1 ildən sonra bronx divarında struktur dəyişiklik baş verir. Bronxial astma ağırlıq dərəcəsindən asılı olmayaraq tənəffüs yollarının xroniki iltihabıdır.İltihabın inkişafı nəticəsində xəstədə 4 tipli bronxobstruksiya yaranır:
-Kəskin bronxospazm
-Bronx divarının ödemi
-Bronx divarının seliklə bağlanması-tıxac
-Bronxların divarının struktur dəyişikliyi
-Ən xarakterik simptomlar:ekspirator təngnəfəslik (nəfəsvermənin çətinləşməsi)və ya epizodik öskürək tutmaları
(əsasən gecələr),uzaqdan eşidilən fitverici xırıltıların yaranması,döş qəfəsində ağırlıq hissi.
Xəstəliyin əsas diaqnostik göstəricisi simptomların spontan olmasıdır.Simptomlar gün ərzində dəyişir.Allerqoloji anamnez dəqiq toplanmalıdır. Simptomların mövsümdən asılılığına,ailə anamnezində allergik xəstəliklərin olmasına diqqət etmək lazımdır.
Simptomlar dəyişkən olduğundan xəstənin ilk müayinəsində aşkar olunmaya bilər. Kəskinləşmə dövründə ekspirator təngnəfəslik,nəfəsalmada burun qanadlarının gərginləşməsi,oyanıqlıq,fasiləli nitq,köməkçi əzələlərin tənəffüs aktında iştirakı,daimi və ya epizodik öskürək,nəfəsvermədə distansion fitverici xırıltılar xarakterikdir.
Pasient astmaya xarakterik məcburi vəziyyət alır və xəstəliyin yüngül gedişlərində normal aktivliyini saxlayır.Diaqnozu dəqiqləşdirmək üçün laborator və instrumental müayinələr aparılmalıdır.
-Bronxial astma müalicəyə çətin tabe olur.Klinikamızda tətbiq olunan Biotənzimləyici terapiyada bu xəstəliyə fərqli yanaşılır və xəstəlik uğurla müalicə olunur
Bronxial astma, müxtəlif tetikleyicilərə cavab olaraq tənəffüs yollarının daralmasına və spazmına səbəb olan xroniki iltihabi bir xəstəlikdir. Əsas simptomlara nəfəs darlığı, sinədə sıxılma, öskürək və xırıltı daxildir. Xəstəlik yüngüldən ağır dərəcəyə qədər şiddətlənə bilər və təcili diaqnoz və müalicə tələb edir.
Kimlər astma üçün risk qrupundadır ?
• ailəsində, irsiyyətdə astma xəstəliyi olanlar
• atopik dermatit, allergik rinit xəstəliyi olanlar
• peşəsi ilə bağı olaraq tez-tez toz və ya kimyasal maddələrə məruz qalanlar
• siqaret çəkənlər
• piylənməsi olanlar
• uşaq yaş qrupunda tez – tez tənəffüs yollarının infeksion xəstəlikləri keçirənlər.
Xəstəliyin 3 mərhələsi var.
Birinci, yəni immunoloji mərhələdə allergenlə orqanizmdə ona qarşı yaranan anticisimlər təkrar təmasda olur və birləşərək immunokompleks əmələ gətirir. Bundan sonra xəstəlik ikinci, yəni patoloji kimyəvi mərhələyə keçir. Bu zaman bioloji aktiv maddələr ifraz olunur. Həmin maddələr toxumada, hüceyrədə müəyyən reaksiya verərək onu zədələyir. Artıq allergik reaksiyanın 3-cü – patofizioloji mərhələsi başlayır. Hər hansı hüceyrədə, toxumada, orqanda allergik iltihab prosesi gedir. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, boğulma, öskürək, nəfəs çatışmazlığı ilə özünü büruzə verir. Təəssüf ki, xəstəliyi erkən, yəni 1-ci və ya 2-ci mərhələdə müəyyən etmək, ona diaqnoz qoymaq mümkün olmur. Xəstəlik əvvəl gizlin keçir, yalnız 3-cü mərhələdə özünü göstərir. Ancaq bu mərhələdə, patoloji proses başladığı zaman həkimə nə qədər tez müraciət edilsə, o qədər yaxşıdır. Çünki xəstəliyi xroniki formaya keçmədən, bronxlarda, ağciyərdə genişlənmə yaranmadan müalicə etmək nisbətən asandır. Həmçinin qeyd edim ki, xəstəliyin müalicəsi onun hansı mərhələdə olmasından daha çox, insan orqanizminin reaktivliyindən, fərdi xüsusiyyətlərindən asılıdır.
Bronxial astma xəstəliyinin müalicəsi barədə
Bronxial astma xroniki xəstəlikdir. Buna görə də onun tam müalicəsindən söhbət gedə bilməz. 20 faiz halda bu xəstəlik təkrarlanmaya bilər. Belə xəstələrin 100 il də yaşaması mümkündür. Lakin onlar həkim məsləhətinə qulaq asmalı və riayət etməlidirlər. Belə xəstələr müntəzəm olaraq, ildə 1-2 dəfə müayinədən keçməlidirlər. Həkim məsləhətinə etinasız yanaşanda isə xəstəliyin təkrarlanması təhlükəsi həmişə var. Ətraf mühitdəki allergenlər, qıcıqlandırıcı amillər dəf edildikdə, allergiya törədən qidalardan imtina olunduğu halda isə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.
Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207