sehiyye.info

Rusiyada 7 kiloqramlıq körpə doğuldu - FOTO

Rusiyada  7 kiloqramlıq körpə doğuldu - FOTO

Rusiyanın Ulan-Ude şəhərində təxminən yeddi kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

Sehiyye.info xəbər verir ki, bu barədə yerli perinatal mərkəzdən məlumat verilib.

Bildirilir ki, çəkisi 6 700 qram, boyu 66 santimetr olan uşaq oktyabrın 11-də doğulub.

Qeyd olunur ki, peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş rahat keçib. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar.//bakupost
Rusiyada  7 kiloqramlıq körpə doğuldu - FOTO



REKLAM