Bakıda 800 qram şişi olan körpə doğuldu
Mərkəzi Klinik Xəstəxanada bel nahiyəsində nəhəng ölçülü şiş olan körpə doğulub.
Bu barədə həkim Fuad Hüseynov məlumat verib.
"İlk baxışda görüntüsü ürək açan olmasa da, valideynləri ondan imtina etmədi. Hamiləliyin 5-ci ayından etibarən övladlarının onunla bərabər böyüyən böyük ölçülü qorxunc şiş ilə doğulacağını bilirdilər. Körpə 8 aylıq və bel nahiyəsində təqribən başından daha böyük ölçüdə olan nəhəng ölçülü şiş ilə dünyaya göz açdı. Çəkilən MRT müayinəsi zamanı məlum oldu ki, xoşbəxtlikdən şiş çanağa və qarın boşluğuna yayılmayıb (Sacrococcygeal teratoma tip 1). 1 günlük çəkisi şişlə bərabər 3 200 qram. olan körpə cərrahi əməliyyata alındı. Əməliyyatı uğurlu keçdi, teratoma büzdüm sümüyü ilə bərabər tam çıxarıldı, əkilməyə patohistologiyaya göndərildi. Əməliyyatdan çıxanda körpənin çəkisi 2 400 qram qaldı, çünki şişin çəkisi 800 qram idi. Əməliyyatda mənimlə bərabər iştirak edən bütün komandaya, xüsusən Allahverdi Musayevə təşəkkürlər. Körpənin vəziyyəti hazırda yaxşıdır, neonotoloqlarımızın nəzarəti altındadır", - həkim bildirib.//Medicina.az