sehiyye.info

Qırmızı kələm xərçəngdən qoruyur

Qırmızı kələm xərçəngdən qoruyur
Tərəvəzlərdə nə qədər vitamin və xeyirli maddələrin olduğunu bilirik.Lakin bəzi tərəvəzlərdə xərçəng xəstəliyinə qarşı olan maddə olduğunun çoxu bilmir.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, kardioloq German Qandelman kələmin faydalarını müzakirə edib, qırmızı və ağ kələmi müqayisə edib. O, qırmızı kələmin hətta xərçəngdən qoruduğunu iddia edib.

Qırmızı kələmdə 90 milliqram antosiyanin var, xərçəngə səbəb olduğu bilinən sərbəst radikalları bədəndən təmizləyən və xaric edən maddədir bu. Ağ kələmdə heç bir antosiyanin yoxdur.

Həkim onu ​​da qeyd edib ki, qırmızı kələmdə gündəlik C vitamininin 90 faizi, ağ kələmdə isə 60 faiz var. C vitamini dəri elastikliyini verən kollagen sintezi üçün də lazımdır. Ağ kələm isə qan laxtalanması üçün vacib olan K vitamini ehtiva edir.

Kələmdə olan faydalı maddələr istiliklə məhv olur, buna görə də Qandelman onu təzə salatlarda yeməyi tövsiyə edib. Praktikada bunu sınaqdan keçirən xərçəng xəstələrində şişlərin azaldığı müşahidə olunub.



REKLAM