Qırmızı soğan xərçəngə qarşı
Qırmızı soğan qida dəyəri baxımından digər soğan növlərindən fərqlidir və sağlamlıq üçün bir sıra faydalara malikdir.
Qırmızı soğanın tərkibindəki xüsusi maddələr onun daha faydalı olmasına səbəb olur.
Qırmızı soğan antosiyaninlər, xüsusilə də quercetin adlı antioksidantlarla zəngindir. Bu maddələr sərbəst radikallarla mübarizə aparır, hüceyrə zədələnmələrinin qarşısını alır və xərçəng riskini azaltmağa kömək edir.Tərkibindəki kükürd birləşmələri və flavonoidlər qan təzyiqini aşağı salmağa və qan dövranını yaxşılaşdırmağa kömək edir.
Bu da ürək-damar xəstəlikləri riskini azaldır və ürək sağlamlığını qoruyur.Bu soğan antiinflamatuar xüsusiyyətlərə malikdir. Onun tərkibindəki aktiv maddələr iltihabı azaltmağa və ağrıların yüngülləşdirilməsinə kömək edir.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, Kanada alimləri tərəfindən aparılan laboratoriya araşdırması nəticəsində məlum olub ki, xüsusilə qırmızı soğanda bol miqdarda olan \”kersetin\” maddəsi xərçəng hüceyrələrinin kiçilməsinə yardımçı olur. Mütəxəssislər yaxında insanlar üzərində testlərə başlayacaqlarını açıqlayıb.