Qırmızı bibərin faydaları
![]()
Qırmızı bibər, immuniteti dəstəkləyən çoxsaylı faydaları ilə çox əhəmiyyətli bir vitamin mənbəyidir. Xüsusilə, C və A vitaminləri ilə zəngin olan qırmızı bibərin faydaları saysız-hesabsızdır. Referans.az bu tərəvəzin 12 inanılmaz faydasını təqdim edir:
- Qırmızı bibər xərçəng, mədə xorası, menopoz problemləri, ürək-damar xəstəlikləri və diabet riskindən qoruyur.
- İltihab əleyhinə və ağrıkəsici xüsusiyyətlərə malikdir və artrit ağrılarına yaxşı gəlir.
- Dərinin qocalmasına və sədəf xəstəliyinə qarşı da təsirlidir.
- Qırmızı bibər nevrogen ağrıları və iltihablı bağırsaq xəstəliklərini aradan qaldırmaq üçün yaxşıdır. Tərkibində mədə-bağırsaq xəstəlikləri üçün faydalı olan tanin var. O, həmçinin mədə xorasının inkişafının qarşısını alır.
- Qırmızı bibərin tərkibində olan tanin maddəsinin digər bioaktiv təsiri müxtəlif xərçəng xəstəliklərinin inkişafını dayandırmasıdır. Xüsusilə ağciyər, qaraciyər və mədə xərçəngi üçün faydalıdır.
- Ürəyin işemik xəstəliklərinin qarşısının alınmasında faydalı olduğu məlum olub.
- Qırmızı bibərin bioaktiv komponentləri antioksidant təsirə malikdir.
- Qırmızı bibər insulin istehsal edərək qanda qlükozanın azalmasına səbəb olur. Buna görə də, 2-ci tip diabetin və mümkün fəsadların yaranmasının qarşısını alır. Qırmızı bibərin hipoqlikemik faydaları yaşıl olduğu zaman daha təsirlidir.
- Tərkibindəki C vitamini sayəsində immuniteti dəstəkləyən bioaktiv fitokimyəvi maddələr var. Vitamin C immunitet sisteminə də təsirlidir.
- Zədələnmiş beyin toxumalarını bərpa etməyə kömək edir və oksidləşdirici stressi azaldır.
- Bir çox klinik təcrübələrdə qırmızı bibərin hüceyrə toxumasına antioksidant təsir göstərdiyi, dərini qidalandırdığı və qocalmanın təsirini ləngitdiyi göstərilmişdir.
- Bibərin tərkibindəki flavonoidlər sayəsində menopoz simptonlarında azalmaya səbəb olur. Bütün bu məlumatların işığında qırmızı bibəri pəhrizinizə daxil etməzdən əvvəl istifadə etdiyiniz dərmanlarla mümkün qarşılıqlı təsirlər barədə həkiminizlə məsləhətləşməyi unutmayın.//referans