Ömrümüzdən 36 dəqiqə "oğurlayan" qida: Siyahıda görün hansı məhsullar var

Gündəlik istehlak edilən bəzi qidaların ömrümüzü qısaltdığı məlum olub.
Sehiyye.info xəbər verir ki, Miçiqan Universiteti tərəfindən aparılan tədqiqatda 5800-dən çox qida və içki təhlil edilib.
Araşdırmaya görə, “fast food” yeməkləri ömrümüzdən 36 dəqiqə, qazlı iççkilər isə 12 dəqiqəni “oğurlayır”. Bir ovuc qoz-fındıq yemək isə ömrümüzə 25 dəqiqə əlavə edir.
Tədqiqatçılar sağlam və uzun həyat üçün tərəvəz, meyvə, ekoloji cəhətdən təmiz dəniz məhsulları istehlakını tövsiyə edir.
Tədqiqat “Nature Food” jurnalında dərc olunub.//publika