“Fast-food” uşaqlar üçün hansı təhlükəni yarada bilər? - AÇIQLAMA
“Uşaqlara “fast-food”ların verilməsi dəhşətdir”.
Sehiyye.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, gün ərzində 5-6 dəfə şirniyyat qəbul edən uşaqlar var:
“Valideynlər bu məsələyə nəzarət etməlidirlər. Ən azı şirniyyatların uşaqlara 3-4 gündən bir verilməsi tövsiyədir. Məcbur qaldıqda həftə ərzində bir dəfə verilə bilər. Eyni zamandan insanlar “fast-food” qidaları rasionlarından çıxarmalıdırlar. Nəzərə alsaq ki, həmin qidaların yanında digər zərərli içkilər də olur, bu, daha faciəlidir. Yaxşı olardı ki, daha sağlam qidalanmaya üstünlük verək. Zərərli içkilərdənsə, su qəbulunu artırmaq məsləhətdir”.
//oxu.az