Saxta həkim Gülbadə Abdullayevanın əməliyyatında zərərçəkənlər var VİDEO
![]()
Saxta sənədlərlə və ya heç bir tibbi təhsili olmayan saxta həkim kosmetoloqlara qarşı mübarizə davam edir.Açığı bu bir mübarizə deyil, sadəcə vətəndaşların şikayətinin ardı arası kəsilməyən bir prosesə son qoymaq arzusudur. Heç Çində, Banqladeşdə belə biabırçılıq yoxdur.Yerindən duran 2-3 ay kosmetoloq yanında baxıb öyrənir və adını həkim kosmetoloq qoyaraq fəaliyyətə başlayır.Reklam filan, avam adamlar da tora düşür və fəsadlardan sonra başlayır danışmağa." Ay aman üzüm çürüdüdodağım göyərdi və s".Axı səni nə məcbur edir ki,sosial şəbəkədən gördüyün yalançı şəkillərə inanasan.Allahın verdiyi simadan narazısan, bu da sənə cəza.
Bu məsələnin başqa tərəfidir.Bu günlərdə yenidən saxta kosmetoloqdan şikayət olunub.
Verilən məlumata görə, Gülbadə Abdullayeva adlı kosmetoloq heç bir tibbi təhsili olmadığı halda qadınlar üzərində qanunsuz estetik əməliyyatlar həyata keçirir.
Məlumatlarda qeyd olunur ki, Abdullayeva uzun illər saç ustası kimi fəaliyyət göstərib, lakin son dövrlər özünü “estetik həkim” kimi təqdim edərək əməliyyatlara başlayıb. Onun sosial şəbəkələrdə qadınların əməliyyatdan sonrakı görüntülərini paylaşdığı da vurğulanır.
Abdullayeva guya Avropada estetik cərrahiyyə üzrə təhsil aldığını iddia etsə də, həmin diplomların Azərbaycan Respublikasında tanınmadığını özü qeyd edib.
Mövcud faktlara əsasən, Abdullayevanın nə Səhiyyə Nazirliyi, nə də TƏBİB tərəfindən əməliyyat aparmaq üçün rəsmi səlahiyyəti yoxdur. Bu isə qanunvericiliyə görə birbaşa cinayət tərkibli əməl hesab olunur.
Qarşı tərəflə əlaqə yaratmaq cəhdimiz boşa çıxıb. Lakin qarşı tərəfi dinləməyə, təqdim edə biləcəyi faktlarında həmin mövqeynə əlavə edərək dərc etməyə hazırıq.Eləcə də tibbi təhsilinin sənədlərini və sertifikatları təqdim edərik.