Saxta kosmetoloqlar indi də firmaların pullarını mənimsəyir.
Bir müddət öncə sənədsiz,heç bir tibbi təhsili olmayan saxta kosmetoloqlardan yazmışdıq.
Xatırladırıq ki,bu kimi kosmetoloqlar 3 ay kurs keçib və ya fərdi şəkildə başqa kosmetoloqun yanında öyrənməklə özlərini həkim adlandır.
Ən təhlükəlisi də budur ki,özlərini sosial şəbəkələrdə reklam edərək qadınları tora sala bilirlər.Əvvəlki məqalədə qeyd olunduğu kimi Şahanə adlı qadının dodağını süni gellə şişirdib eybəcər formaya salıblar.Adam hələ də dodaqlarını normal vəziyyətə sala bilmir və plastik cərraha müraciət edib.
İndi də bu kimi kosmetoloqlardan başqa şikayətlər daxil olmaqdadır.
Arasdırma.info xəbər verir ki,,redaksiyamıza ilginc məlumat daxil olub.Dərman preparatlarının satışı ilə məşğul olan “Poly Medikal” firmasının nümayəndələrinin bildirdiyinə görə Nigar Həsənova adlı kosmetoloq firmadan 5000 AZN-ə yaxın məbləğdə dərman götürüb və pulunun bir hissəsini ödəyib,digər hissəsini verməkdən imtina edir.Məsələ hətta hüquq mühafizə orqanlarında da araşdırılıb. Lakin ödəniləcək məbləğ az olduğundan məhkəmə predmeti olduğu bildirilib.Deyilənə görə Nigar Həsənova adlı bu kosmetoloqun tibbi təhsili də yoxdur.Hazırda adı çəkilən kosmetoloq " Poly Medikal" firmasına 2000 AZN-ə yaxın pul ödəməlidir.
Məlumatda bildirilir ki,Nigar Həsənova digər firmalara da borcu var,lakin ödəməkdən imtina edir.
Məsələni araşdırmaq və adı çəkilən kosmetoloqun fikrini öyrənmək üçün onun sosial şəbəkələrdə paylaşdığı 055 333 00 14 mobil nömrəsinə zəng etdik.Lakin başqa şəxs cavab verdi və bildirdi ki,Nigar xanımın nömrəsi deyil.
Əlavə qeyd etmək lazımdır ki,bu kimi saxta kosmetoloqların fəaliyyətini yoxlamaq üçün Səhiyyə Nazirliyinə və aidiyyatı qurumlara müraciət ünvanlamağı planlaşdırırıq.
Redaksiya tərəfindən qarşı tərəfin fikrini dərc etməyə hazırıq.